İspaniyanın "Atletik" klubunun aparıcı futbolçuları İnyaki Uilyams, Oyan Sanset, Aleks Berenqer və Niko Uilyams zədələrini sağaltmaq üzrədirlər. Sport24.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Onlar milli komandaların oyunları ilə yaranmış fasilədən istifadə edəcəklər. Niko Uilyams reabilitasiya planı ilə davam edəcək.
Adıçəkilən oyunçuların ortaq məqsədi Çempionlar Liqasında "Qarabağ"la matça hazır olmaqdır.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək. Bilbao təmsilçisi əvvəlki iki qarşılaşmada məğlub olub, Azərbaycan çempionu isə qələbə qazanıb.