top
Atletik Bilbao - Qarabağ oyununda penalti olmalı idimi? Türkiyəli hakimlərin rəyi Idman.biz
23 oktyabr 2025, 14:10
- ↺ +

"Atletik Bilbao" - "Qarabağ" oyununda penalti olmalı idimi? Türkiyəli hakimlərin rəyi

Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçirilən "Atletik Bilbao" - "Qarabağ" oyununun 72-ci dəqiqəsində baş verən mübahisəli penalti epizodu müzakirə mövzusuna çevrilib. Qarşılaşmanın baş hakimi İqor Payaçın qəti olaraq onbirmetrlik cərimə zərbəsini təyin etməməsi birmənalı qarşılanmayıb.

Əvəzində künc zərbəsi təyin edən xorvatiyalı referi heç VAR-a müraciət etməyə də ehtiyac görməyib.

İdman.Biz xəbər verir ki, "teleqraf" məsələ ilə bağlı təcrübəli, sabiq FIFA referilərininin fikrini öyrənib. Agentliyə danışan Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq sədri Mustafa Çulcu bildirib ki, epizod birmənalı olaraq penaltidir:

"Qarabağ"ın futbolçusu topa oynayır, rəqib oyunçu isə ayağını uzadır, amma gecikdiyi üçün topa toxuna bilmir. Silvanın sol ayağının dabanına, həm də sol ayağının yuxarı hissəsinə təmas görürəm. Açığı, oyuna baxmamışdım, siz təqdim etdiyiniz epizodda elə bildim ki, baş hakim penalti təyin edib. Bu epizodda "Atletik"in futbolçusu rəqibinin sol ayağının daban hissəsinə təmas edir. İspaniyalı futbolçu rəqibinə təmas etdiyi üçün onu büdrədir. Futbolçu topa müdaxilə üçün gecikmişdi".

Hazırda "A Spor"un eksperti kimi çıxış edən Mustafa Çulcu İqor Payaçın VAR-a getməməsini isə belə şərh edib:

"VAR-da İvan Bebek olub. Hansı ki, illər öncə "Fənərbağça"nın oyununda rəzil hakimliyi ilə yadda qalmışdı. "Qarabağ" səfərdə "Benfika"nı, evdə "Kopenhagen"i məğlub etdi - 2 oyuna 6 xal. Onda sual verirlər ki, nə baş verir? "Qarabağ"ın qarşısını almaq üçün digər bir xorvatiyalı İqor Payaçı göndərdilər. "Qarabağ" kimi komandalar təkcə meydanda yox, meydandan kənarda da güclü olmalıdırlar".

Türkiyəli digər sabiq FIFA referisi Bünyamiz Gezer də epizodu penalti kimi dəyərləndirib:

"Burada əlavə şərhə ehtiyac yoxdur. Bu, dəqiq penaltidir. Bu məqamda VAR müdaxilə etməliydi".

Qeyd edək ki, sözügedən epizod qeydə alınanda "Atletik" 2:1 hesabı ilə öndə olub. Penalti təyin edilsəydi, Ağdam klubu çətin Bilbao səfərindən xalla qayıda bilərdi. Matçın 88-ci dəqiqəsində isə daha bir qol vuran meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Dünən, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
Dünən, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
Dünən, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Dünən, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Dünən, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Dünən, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Dünən, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Dünən, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Dünən, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Futbol
Dünən, 01:43

Kəpəz PFK son 5 mövsümdə ən uğurlu startını cari çempionatda qeyd etdi

Futbol
Dünən, 01:39

Qordon: Keyn penaltini vursaydı, İngiltərə qalib gələ bilərdi

Futbol
Dünən, 01:18

İspaniya millisi İngiltərəni məğlub edərək 39 matçlıq məğlubiyyətsizlik seriyasına imza atdı

Futbol
Dünən, 00:05

Culian Uord “Liverpul”da yeni idman direktoru oldu

Futbol
26 sentyabr 2026, 23:10

Edqaras Yankauskas: Azərbaycan millisi güclü, texnikalı və sürətli oyun tərzinə malikdir

Minifutbol
26 sentyabr 2026, 22:48

“Buxar Sumqayıt” EMF Avropa Kubokunda Aldak 422-ə 2:4 məğlub oldu

Futbol
26 sentyabr 2026, 22:23

Şimal futbol klubu sınaq matçında 3:0 qələbə qazandı

Basketbol
26 sentyabr 2026, 19:26

Sumqayıt basketbol klubu ABŞlı oyunçusu Cordan Vatsonla müqavilə imzaladı

Futbol
26 sentyabr 2026, 19:13

“Manchester City”nin sahibləri maliyyə pozuntuları üzrə istefa çağırışları ilə üzləşə bilər

Futbol
26 sentyabr 2026, 18:59

Real Madrid, Mbappé’nin diz zədəsi üçün ən pis ssenaridən narahatdır

Futbol
26 sentyabr 2026, 16:49

Mahir Emreli: Millidə qələbə vacib deyil, əsas odur ki, yaxşı oyun göstərək

Boks
26 sentyabr 2026, 11:32

Azərbaycan boks komandası Avropa çempionatında ikinciliyi tutaraq iki qızıl, bir gümüş və iki bürünc medal qazandı

Futbol
26 sentyabr 2026, 10:33

U-21 milli komandasının futbolçusu: “Komanda olaraq çox yaxşı oynadıq, 1 xal qazandıq” - MÜSAHİBƏ

Futbol
26 sentyabr 2026, 09:08

PSJ məşqçisi Luis Enrique Arsenalın İspan futbolçusunu 80 milyon avroya transfer etməyi planlaşdırır

Futbol
26 sentyabr 2026, 05:17

Tomas Tuxel, İspaniya millisinin güclü tərəflərini açıqladı

Oxşar xəbərlər