"Atletik"in 17 yaşlı futbolçusu Kristian İmqa Çempionlar Liqasında çıxış edən 15 klubun diqqətini çəkib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, futbolçu ilə maraqlananlar arasında İspaniya təmsilçiləri də var. Bu maraqdan sonra "Atletik"in futbol direktoru Mikel Qonsales onun yeni müqaviləsi üzrə danışıqları sürətləndirib.
Klub noyabrın səkkizində İmqa ilə 2031-ci ilin iyununadək müqavilə imzalandığını açıqlayıb. Anlaşmada müddətin klub tərəfindən uzadılması imkanı da nəzərdə tutulub.
Məlumata görə, futbolçunun sərbəstqalma məbləği müqaviləsinin son ilində təxminən 70 milyon avrodan 85 milyon avroya (161,81 milyon manat) yüksələcək.
İspaniyanın 17 yaşadək futbolçulardan ibarət millisinin üzvü Edin Terziçin rəhbərliyi altında artıq əsas komandada debüt edib və İspaniya Kubokunda "Prat"la görüşdə qol vurub.
İmqa ötən mövsüm liqa oyunlarında səkkiz, UEFA Gənclər Liqasında isə iki dəfə fərqlənib.