"Atalanta"nın hücumçusu Mateo Reteqi "Əl-Kadisiya"ya transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı forvard Səudiyyə klubu ilə 2028-ci ilin yayına kimi müqavilə imzalayıb.Daha əvvəl bildirilirdi ki, bonuslar nəzərə alınmaqla, transfer "Əl-Qadisiyyə"yə 67 milyon avroya başa gələcək, futbolçunun maaşı isə mövsümə görə 20 milyon avro olacaq.
Qeyd edək ki, Reteqi "Atalanta"nın heyətində 2024/25 mövsümündə 25 qol vuraraq A Seriyasının bombardiri oldu.