Federiko Kyeza "Liverpul"u tərk edə bilər. Sport24.az "TuttoAtalanta" nəşrinə istinadən xəbər verir ki, "Atalanta" 27 yaşlı futbolçunu sonradan 12 milyon avroya almaq şərti ilə icarəyə götürməyi planlaşdırır.
Mənbənin sözlərinə görə, Berqamo klubu yaxın günlərdə "qırmızılar"la danışıqlara başlayacaq.
Qeyd edək ki, Kyeza 2024-cü ilin avqustunda "Liverpul"la müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. O, ötən mövsüm Arne Slotun komandasında 14 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.