İtaliya A Seriyasının ikinci turunda "Atalanta" doğma meydanda "Bolonya"ya 1:0 hesabı ilə qalib gəlib.
İdman.Biz bildirir ki, matçın ilk hissəsi qolsuz başa çatıb. Yeganə qolu 90+6-cı dəqiqədə Lazar Samardjiç vurub.
Bu qələbə ilə "Atalanta" ikinci qələbəsini qazanaraq turnir cədvəlində 5-ci pilləyə qalxıb. "Bolonya" isə ardıcıl ikinci məğlubiyyətini alıb, komanda hazırda 15-ci sırada qərarlaşıb.
22:49
İtaliya A Seriyasının ikinci turunda "Leççe" və "Roma" komandaları üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, "Ettore Cardiniero - Via del Mare" stadionunda keçirilən görüş romalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqlar hesabı artıq 4-cü dəqiqədə Doniell Malenin qolu ilə açıblar. 23-cü dəqiqədə hücumçu ikinci dəfə fərqlənərək dubl edib.
Cəmi iki dəqiqə sonra Matias Sole "Roma"nın üçüncü qolunu vurub və komandasının fasiləyə qədər böyük üstünlük əldə etməsinə şərait yaradıb.
Yekun hesab 65-ci dəqiqədə müəyyənləşib. "Leççe"nin qapısına dördüncü qolu Rodriqo Mora vurub.
Beləliklə, "Roma" ardıcıl ikinci dəfə A Seriyasında yeni mövsümə 4:0 hesablı qələbə ilə başlayıb. İlk turda paytaxt təmsilçisi öz meydanında "Fiorentina"nı eyni hesabla məğlub edib.
"Leççe" mövsümdə ilk məğlubiyyətini alıb. Komanda ilk turda səfərdə "Venesia"nı 2:0 hesabı ilə məğlub etmişdi.
Bu qələbədən sonra "Roma" 6 xalla turnir cədvəlinin lideridir. "Leççe" isə iki turdan 3 xalla 12-pillədədir.
Növbəti turda "Roma" sentyabrın 5-də "Atalanta"nı qəbul edəcək. "Leççe" isə sentyabrın 7-də səfərdə "Kalyari" ilə qarşılaşacaq.