İngiltərə Premyer Liqasının IX turunda "Aston Villa" doğma arenada "Mançester Siti"ni 1:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, oyunun yeganə qolunu 19-cu dəqiqədə Metti Keş vurub.
Bu nəticədən sonra "Aston Villa" 15 xalla turnir cədvəlində 7-ci, "Mançester Siti" isə 16 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti turda "Aston Villa" noyabrın 1-də səfərdə "Liverpul"la, "Mançester Siti" isə noyabrın 2-də öz meydanında "Bornmut"la qarşılaşacaq.