İngiltərə Premyer Liqasının XII turunda "Lids Yunayted" öz meydanında "Aston Villa" ilə qarşılaşıb və matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, görüşün 8-ci dəqiqəsində Lukas Nmeça meydan sahiblərini hesabda önə keçirsə də, ikinci hissədə "Aston Villa" üstünlüyü ələ alıb. Morqan
Rocers 48-ci dəqiqədə hesabı bərabərləşdirib, 75-ci dəqiqədə isə dublunu tamamlayaraq komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra "Lids Yunayted" 11 xalla turnir cədvəlində 18-ci pillədə qalır. 21 xala malik "Aston Villa" isə 4-cü sıraya yüksəlib.