"Aston Villa" icarə əsasında "Roma"da çıxış edən hücumçusu Leon Beylinin geri çağırdığını təsdiqləyib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu yayda "Roma"ya icarəyə verilmişdi və müqavilədə satınalma hüququ mövcud idi. Lakin yamayaklı hücumçunun İtaliyadakı mövsümü erkən sona çatıb.
Qeyd edək ki, Beyli icarə əsasında olduğu müddətdə "Roma" klubunda 11 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.