İngiltərə Premyer Liqasının VI turunda "Aston Villa" (Birmingem) doğma meydanda "Fulhem"i (London) 3:1 hesabı ilə məğlub edib.
İdman.biz xəbər verir ki, "Villa Park" stadionunda baş tutan qarşılaşmanı baş hakim Endryu Medli (Qərbi Yorkşir) idarə edib.
Matçın 3-cü dəqiqəsində qonaqların hücumçusu Raul Ximenes hesabı açıb. 37-ci dəqiqədə Ollie Uotkins tarazlığı bərpa edib. 49-cu dəqiqədə Con Makgin meydan sahiblərini önə çıxarıb, iki dəqiqə sonra isə Emiliano Buendia fərqi artırıb.
Premyer Liqada ilk qələbəsindən sonra "Aston Villa" 6 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. "Fulhem" isə 8 xalla 10-cu yerdədir.