top
Aslan Kərimov uğursuzluqda hamını günahkar sayır: Jurnalistlərdən tutmuş futbolçulara kimi - MÜSAHİBƏ İdman.biz
19 noyabr 2024, 14:19
- ↺ +

Aslan Kərimov uğursuzluqda hamını günahkar sayır: Jurnalistlərdən tutmuş futbolçulara kimi - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimovun İdman.biz-ə müsahibəsi

- Bu gün Azərbaycan yığması Millətlər Liqası çərçivəsində İsveçin qonağı olacaq. Görüşdən gözləntiniz nədir?

- İsveçlə Estoniyaya qarşı oynadığımız futbolun eynisini sərgiləyə bilməyəcəyik. Bu matça rəqibin hansı heyətlə çıxacağı da bəlli deyil. Evdə oynayırlar, dəyişikliklər etsələr belə hamını əvəzləməyəcəklər. Amma Estoniya kimi geridə oturmayacaqları dəqiqdir. Daha çox hücum edəcək, biz isə ikinci nömrədə - əks-hücumlarda oynamağa çalışacağıq. Bu o demək deyil ki, məğlub olacağıq. Düşünürəm ki, müdafiədə konsentrasiyamızı pozmasaq, əks-hücumda şanslarımız yaranacaq. Estonlar həddən çox geridə oturmuşdular. Belə olduqda da müdafiəni yarmaq asan məsələ deyil. Amma əks-hücumlara çıxmaq sırf sürətlə bağlı olan bir faktordur. Mahir Emreli, Musa Qurbanov və ya Nəriman Axundzadə kimi futbolçular istənilən anda bu kimi epizodlardan istifadə edə bilərlər. Ona görə də az da olsa şansımız var. İsveçi məğlub etmək şansını isə 30 faiz görürəm. Amma təbii ki, favorit rəqibdir.

- İsveçin B liqasına yüksəldiyini nəzərə alsaq, bu amil onlarda arxayınlıq yarada bilər?

- Bir çox Avropa ölkələri bütün oyunlara ciddi yanaşırlar. Ola bilsin ki, hansısa rotasiyalara yol versinlər. Əsas açar futbolçularından bəzilərinə dincəlmək imkanı da verə bilərlər. Az da olsa, heç-heçə ya da qələbə şansımız var.

- Bu matçda Azərbaycan hansı taktiki sistemlə oynasa daha yaxşı olar?

- Sistem olaraq fərq etməyəcək. İstəyir 5-li, istərsə də 4-lü müdafiə. Hərçənd ki, 5-li müdafiə oynamalarının tərəfdarı deyiləm. Önəmli olan həmin düzülüşdə ön xətdə olan futbolçuların müdafiəyə nə qədər kömək etməsidir. Ya da əksinə, top bizdə olarkən nə qədər qüvvə ilə hücumda olacağıq. Hesab edirəm ki, 4-2-3-1 taktiki sxemi ilə oynasaq yetərlidir. Əsas hücum və müdafiədə balansın olmasıdır. Məşqçinin verdiyi tapşırığı tam yerinə yetirmək lazımdır. 5 müdafiəçi ilə meydana çıxıb, cinah müdafiəçilər önə qoşulmayacaqsa bunun heç bir mənası yoxdur. Əminəm ki, baş məşqçi Fernandu Santuş bu barədə fikirləşib. Təxmin edirəm ki, Estoniya ilə oynatdığı sxemdə davam edəcək.

- Fernandu Santuş yerli gənclərə şans verməklə sabahın komandasını yaratmaq istəyir. Onun bunu bacaracağı nə qədər real görünür?

- Əslində kifayət qədər gənc oyunçular var. Milli komandalarda hər zaman yaşlılar gedir, gənclər ön plana çıxır. Amma əsas olan onların öz klubların əsas heyətində oynamasıdır. Nə qədər Santuş Nəriman Axundzadə və ya Musa Qurbanlıya əsas heyətdə yer versə belə, əgər bu 2 futbolçu "Qarabağ"da meydana ehtiyatda çıxacaqsa gəncləşdirmənin heç bir mənası olmayacaq. Yəni, futbolçunun inkişaf etdiyi yer milli komanda yox, klubudur. Düşünürəm ki, burada tək Santuşdan asılı bir şey yoxdur. İstəyini həyata keçirmək üçün gəncləri tez-tez meydana buraxmaq məcburiyyətindədir. Estoniya ilə matçda bunu o qədər də görmədim. Ramil Şeydayevi dəyişib, Nəriman Axundzadəni oyuna daha erkən salmaq lazım idi. Gəncləşdirmək istəyirsənsə, risk etməlisən. Onları meydana buraxmalısan.

- C liqasına yüksələn San Marinonu D liqasında çox güman Azərbaycan əvəzləyəcək. Sizcə, yığmanın bu vəziyyətə düşməsində əsas problem nədir?

- Günahı hamımızın, futbol ictimaiyyətinindir. Jurnalistlərdən tutmuş futbolçulara qədər. Konkret kimisə günahkar çıxartmaq niyyətində deyiləm. Hər kəs gördüyü işi tam etmədiyi üçün bu, baş verib. Ən böyük səbəblərdən biri aşağı yaş qruplarına diqqət ayırmamağımızdır. Estoniyanı səfərdə məğlub etsəydik, heç bu problem üzə çıxmayacaqdı. Hamı deyəcəkdi ki, hər şey yaxşıdır. Bu problem biz C divizionunda qaldığımız zaman da var idi. Amma görünmürdü. Heç kim üçün aşağı yaş qrupları maraqlı deyil. Uşaq futbolu dedikdə, söhbət millilərdən deyil, klublardan gedir. Ən böyük səbəblərdən biri regionlarda demək olar ki, akademiya və infrastrukturun yoxluğudur. Bütün bunların toplumunda nəticə belə olur.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Oxşar xəbərlər