top
Aslan Kərimov Sabahın Vikinqə qarşı oyununda standart vəziyyətlər və əks-hücumları əsas təhlükə adlandırdı Idman.biz
Bu gün, 16:45
- ↺ +

Aslan Kərimov "Sabah"ın "Vikinq"ə qarşı oyununda standart vəziyyətlər və əks-hücumları əsas təhlükə adlandırdı

"Sabah"ı çətin Norveç səfəri gözləyir. Qarşılaşmanın çətinliyini artıran bir neçə amil var. İlk növbədə, Çempionlar Liqasında zəif rəqib yoxdur. Turnir cədvəlinin son pilləsində qərarlaşan komandalar belə yüksək səviyyəli futbol nümayiş etdirə bilirlər".

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov "Sabah"ın Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının oyunu barədə danışarkən deyib.

Mütəxəssis qarşılaşmanın çətin keçməsinə təsir edə biləcək amillərdən birinin sıx oyun qrafiki olduğunu bildirib.

"Sabah" "Turan Tovuz"la görüşdən sonra lazımi qədər bərpa olunmadan Norveçə uçmaq məcburiyyətində qalıb. Bu da istər-istəməz futbolçuların fiziki vəziyyətinə və oyuna təsir göstərən amillərdəndir. Süni örtüklü meydançada oynamaq da futbolçular üçün əlavə çətinlik yaradacaq. Təbii və süni örtüklü meydançalarda oynamaq tamamilə fərqlidir. Süni meydançaya keçid futbolçulardan başqa cür adaptasiya tələb edir. Əzələlər fərqli işləyir və daha çox enerji sərf olunur. Köhnə zədələri olan oyunçular üçün bu, bir qədər də təhlükəli ola bilər", - deyə Aslan Kərimov AZƏRTAC-a vurğulayıb.

Bununla belə, mütəxəssis "Sabah"ın hücum potensialını yüksək qiymətləndirib. O, komandanın Çempionlar Liqasındakı əvvəlki oyunlarda qol imkanları yaratmaq bacarığını nümayiş etdirdiyini söyləyib: "Komanda keçirdiyi hər üç oyunda – İngiltərənin "Mançester Yunayted", Çexiyanın "Slaviya" və Almaniyanın "Borussiya Dortmund" komandaları ilə qarşılaşmalarda qol imkanları yaratmağı bacarıb. Xüsusilə Dortmund təmsilçisi ilə görüşdə 1:2 hesabı ilə məğlub olmağımıza baxmayaraq, demək olar ki, bərabər səviyyədə oyun keçirdik. Bəlkə də, rəqibdən daha çox qol imkanı əldə etdik. Düşünürəm ki, hücum potensialı baxımından "Sabah" kifayət qədər komplektləşmiş komandadır və yaxşı futbolçulara malikdir. Yəqin ki, taktiki baxımdan üzərində işlədikləri müəyyən oyun planı və özünəməxsus üslubları var. Məhz bu amillər onlara uğur qazanmağa imkan verir".

A.Kərimov "Vikinq"in də kifayət qədər təhlükəli rəqib olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Norveç təmsilçisinin Almaniya klubu "Bavariya" ilə 3:3 hesablı heç-heçə etməsi komandanın potensialını göstərir: "Cəmi bir xal toplamalarına baxmayaraq, "Bavariya" ilə oyunda 2:0 hesabı ilə öndə idilər. Bu, onların nə qədər təhlükəli komanda olduğunu göstərir. "Vikinq"in daxili çempionatda da standart vəziyyətlərdən çoxlu qol vurması diqqət çəkir. Buna görə "Sabah" rəqibin standart vəziyyətlərinə xüsusi diqqət yetirməlidir. "Sabah"ın topa nəzarət etdiyi epizodlarda diqqətli olması vacibdir. Oyunun müəyyən hissələrində topa sahib olacağımızı və rəqib meydançasında qol axtaracağımızı düşünürəm. Bunun üçün səbirli şəkildə topu sağdan-sola, soldan-sağa hərəkət etdirməliyik. Lakin top itkisi zamanı diqqətli olmalıyıq. Çünki "Vikinq" əks-hücumlarda da təhlükəlidir. "Bavariya" ilə görüşdə vurduqları ikinci qol da əks-hücum nəticəsində qeydə alınıb".

A.Kərimov "Sabah"ın hücumlarının təşkilində mühüm rol oynayan serbiyalı yarımmüdafiəçi Velko Simiçin mümkün yoxluğunun da komandaya təsir edə biləcəyini qeyd edib: "O, komandanın əsas aparıcı futbolçularından biridir və hücumların təşkilində böyük rol oynayır. Meydançanın müxtəlif zonalarında topa yaxın olmağa çalışır, bir növ pleymeyker funksiyasını uğurla yerinə yetirir. Onun yoxluğu da oyuna təsir edə bilər".

Şöbə müdiri "Sabah"ın cinah müdafiəçilərinin hücumlara qoşulmasının komanda üçün üstünlük yarada biləcəyini də vurğulayıb. Mütəxəssis Zedatka və Puhaçın bu baxımdan fəallığını xüsusi qeyd edib.

A.Kərimov qarşılaşmada hər iki komandanın şanslarını bərabər qiymətləndirib.

"Bu oyunun nəticəsinin necə olacağını demək çətindir. Rəqibin standart vəziyyətləri və əks-hücumları bizim üçün ciddi problem yarada bilər. Düşünürəm ki, hansı komanda daha yaxşı konsentrasiya olacaq və rəqibini səhvə məcbur edəcəksə, onun qalib gəlmək ehtimalı daha yüksəkdir. Komandaların şanslarını bərabər qiymətləndirirəm. Bu qarşılaşmanı "Slaviya" ilə oyunumuza bənzədirəm. Həmin görüşdə rəqibi səhvə məcbur etdik, çoxlu qol imkanları yaratdıq və qapımızı toxunulmaz saxladıq. Eyni oyunu Norveçdə də davam etdirmək lazımdır. Ancaq bunu rəqib meydançasında, azarkeşləri önündə və süni örtüklü meydançada bacarmaq asan olmayacaq. Qol imkanlarımızın olacağına yüz faiz əminəm. Ancaq onları reallaşdıra biləcəyikmi, bunu demək çətindir. Eyni zamanda, top itkisi zamanı rəqibin əks-hücumlarının qarşısını ala biləcəyikmi və fərdi səhvlərə yol verəcəyikmi, bunu yalnız oyunda görəcəyik. Qarşılaşmanı səbirsizliklə gözləyirik", - deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, "Vikinq" - "Sabah" qarşılaşması noyabrın 4-də Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Üç xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşan təmsilçimiz indiyədək üç oyun keçirib, bir qələbə qazanıb və iki dəfə məğlub olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:20

RB Layptsiq Yohan Bakayokonu qış transfer pəncərəsində satmaq niyyətindədir

Digər
Bu gün, 17:13

UFC əfsanələri Kris Vaydman və Dastin Porye əfsanəvi Konor Makqregoru yarımyüngül çəkidə məğlub edəcək olan İliya Topuriya haqqında

Futbol
Bu gün, 17:01

Martin Subimendi qış transferində Arsenaldan ayrılma ehtimalı;

Futbol
Bu gün, 17:00

Cahangir Həsənzadə: "Sabah"ın UEFA Çempionlar Liqasında "Vikinq"ə qarşı yeni mərhələyə yüksəlmək şansını çox aşağı qiymətləndirirəm

Futbol
Bu gün, 16:46

Braziliyalı hücumçu Rişarlisonun agenti Trabzonsporla görüş istəyib

Cüdo
Bu gün, 16:35

DİN-ə məxsus cüdo komandası açıq çempionatda xüsusi kuboka sahib oldu

Futbol
Bu gün, 16:34

Harri Keyn, Dieqo Simeonenin Qızıl top tərifinə cavab verdi

Digər
Bu gün, 16:29

Azərbaycanlı taekvondoçu Qaşim Maqomedov Belqrad turnirində qızıl medal qazanıb

Futbol
Bu gün, 16:21

Vikinqin baş məşqçisi Orsheym, ‘Budyo‑Qlimt’ mübahisəsini izah edir və ‘Sabah’la dueldə hazırdır

Futbol
Bu gün, 16:20

Vest Harmony baş məşqçisi Nuno Eşpiritu Santu ilə yollarını ayırdı

Qarabağ FK
Bu gün, 16:14

"Qarabağ" - "Turan Tovuz": Premyer Liqanın 11-ci tur matçının bileti 5 manatdan satışdadır

Digər
Bu gün, 16:09

Baku məktəblilər üçün ödənişsiz atletika təlimlərinə başlayıb

Futbol
Bu gün, 16:01

İspaniya Kubokunun oyunları Jesús de Miguelin vəfatı səbəbindən təxirə salındı

Futbol
Bu gün, 15:59

Neftçi, Kəpəzi qəbul edərək Murad Xaçayevin müdafiədə yaradacağı boşluqla başaverəcək

Futbol
Bu gün, 15:47

Vikinqin baş məşqçisi Arşeim: Sabaha qarşı maraqlı və gərgin oyun gözləyirik.

Futbol
Bu gün, 15:44

Luis Enrike Vilyarreal qarşısında oynanacaq matchə hazırlıqda futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 15:40

Xesus de Migel rəqibə toqquşub vəfat etdi

Futbol
Bu gün, 15:30

Azərbaycan Kubokunun II mərhələsində cəzalar və cərimələr təyin edildi

Futbol
Bu gün, 15:29

Barselonada dörd müdafiəçi zədəli, Hans-Diter Flik məlumat verdi

Futbol
Bu gün, 15:20

Asiya Kubokunun keçirilmə vaxtı 2027-ci ilin sonundan 2028-ci ilin başlanğıcına dəyişdirilib

Digər
Bu gün, 15:20

Kolbi Kovinqton UFC çempionu İslam Mahaçevin karyerasını başa vurmağı məsləhət gördü

Futbol
Bu gün, 15:01

Barselona, Aston Villa futbolçusu Joan Manzambi-yə maraq göstərir

Futbol
Bu gün, 15:00

Roma, Brahim Diaza görə lazımi təzminatı ödəməyə hazır: Transfer planları

Oxşar xəbərlər