"Fikir bildirmək mənasızdır. Hər mənada İsveçə məğlub olduq. Fiziki baxımından oyunçularımızda çatışmazlıq var idi. İkili mübarizələrdə məğlub olurduq. Bütün bunlar hamısı oyuna təsirini göstərdi". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov Azərbaycan millisinin UEFA Millətlər Liqasında İsveçə məğlubiyyətindən (0:6) danışarkən bildirib.
Mütəxəssis bildirib ki, millimiz 5-li yox, 4-lü müdafiəçi ilə oyuna çıxsaydı, hesab fərqli ola bilərdi: "Təbi ki, İsveç millisinin hücum xətti bizdən fərqli, çox güclüdür. Müdaifə xəttində boşluqları var idi istifadə edə bilmədik. Futbolçularımız aciz görünürdü. 3 günlük intervalla oynamağa hazır deyilik. Bəlkə də, 5-li müdafiə yox, öyrəşdiyimiz 4-lü müdafiə ilə oynamaq olardı. 5 müdafiəçi ilə komandanın yarısı arxa xətdə idi. Meydanın mərkəzində iki nəfərlə qalmışdıq. Bizi rahatcasına keçirdilər. Düzdür, hər şeyi düz eləsək belə, İsveçə məğlub olacaqdıq. Amma 6:0-lıq məğlubiyyət olmaya bilərdi".
Qeyd edək ki, C Liqasında 6 oyuna 1 xalla qrupu sonuncu bitirən yığmamız yeni mövsümdə D Liqasında mübarizə aparacaq.