top
Aslan Kərimov: “Qarabağın müdafiəçiləri öz cərimə meydançasında... Sport24.az
08 avqust 2024, 12:00
- ↺ +

Aslan Kərimov: “Qarabağ"ın müdafiəçiləri öz cərimə meydançasında..."

"90 dəqiqə domimant futbol sərgilə, sonda rəqib 2 qol vurmaqla vacib səfər qələbəsiylə səni məğlub etsin". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.


Təcrübəli mütəxəssis  "Qarabağ" - "Ludoqorets" oyunu ilə bağlı fikirlərini bölüşüb, cavab qarşılaşması ərəfəsində şansları dəyərləndirib: "İlk dəqiqələrdən "Qarabağ"ın təzyiq edəcəyi gözlənilirdi. Ağdamlılar  hücumlar təşkil etsə də, son nöqtəni qoymaqda çətinlik çəkirdi. Bolqarların 4-4-2 sxemiylə oynaması təmsilçimizin cinahlardan sürətli hücumlar qurmasına imkan yaratsa da, rəqib cərimə meydançası daxilində ikili mübarizələrdə daha yaxşı mübarizə aparırdı. Səmimi etiraf etmək lazımdır ki, bolqarlar çox sıx müdafiə olunmaqla meydan sahiblərinə demək olar ki, boşluqlar vermirdi. Juninyo, Zubir, Benzia qol imkanları yaxalasalar da, cəmi birini dəyərləndirə bildilər. ÇL kimi turnirdə bu qədər fürsətləri boşa verəndə, təbii ki, sonda rəqib səni cəzalandırıb qələbə qazanır. Mən qətiyyən rəqinibin gücünü və layiqli qələbəsini kiçiltmirəm. Amma reallıq odur ki, Ağdam klubu matçın böyük hissəsini üstün keçirərək xoşbəxtliyi rəqib qapısında axtardığı halda qonaqlar 3-4 hücum təşkil etməklə iki dəfə Buntiçi məyus edib, Bakıdan qələbəylə döndülər".

 

Kərimov "Qarabağ"ın müdafiədə zəif təsir bağışladığını da vurğulayıb: "Bu matç "Qarabağ"ın "Bayer"ə qarşı oyunlarını, əsas da səfər görüşünü xatırlatdı. Almanlar hücum edir, biz isə əlimizə düşən azsaylı qol imkanlarından maksimum yararlanırdıq. Fikir verdinizsə, bolqarlar hər iki qolu "ikinci mərtəbə"dən vurdular. Görünən odur ki, "Qarabağ"ın müdafiəçiləri öz cərimə meydançasında hava toplarına çıxarmaqda çətinlik çəkirlər. Əminəm ki, Qurban müəllim bu çatışmazlığı nəzərə alacaq. "Qarabağ"ın Sofiyadan Bakıya qələbə ilə qayıtmaq şansı var. Birincisi, rəqib heç də təmsilçimizdən güclü deyil, ikincisi, bolqarların aparıcı oyunçusu sıradan çıxıb, üçüncüsü isə "Qarabağ" ilk matçdakı səhvlərində dərs çıxarıb səfərdə daha güclü təzyiq etməklə qələbəyə köklənəcəklər. Təbii ki, bəxt amilini də nəzərə almaq lazımdı. "Qarabağ" alışdığımız, ənənəvi futbolunu sərgiləcəyi təqdirdə uğurun bizim tərəfimizdə olacağını düşünürəm. Komandamıza uğurlar arzu edirəm".

 

Qeyd edək ki, "Ludoqorets" – "Qarabağ" matçı avqustun 13-də keçiriləcək.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Oxşar xəbərlər