top
Aslan Kərimov: Qarabağ əsas heyətlə oynasa, Neftçinin şansı azalacaq - MÜSAHİBƏ Idman.biz
18 aprel 2025, 15:34
- ↺ +

Aslan Kərimov: "Qarabağ" əsas heyətlə oynasa, "Neftçi"nin şansı azalacaq" - MÜSAHİBƏ

"Qarabağ"ın və "Neftçi"nin sabiq futbolçusu Aslan Kərimovun İdman.biz-ə müsahibəsi

- Sabah Misli Premyer Liqasının XXXI turu çərçivəsində "Qarabağ" - "Neftçi" qarşılaşacaq. Hər iki komandanın formasını geyinən bir futbolçu kimi Azərbaycan derbisindən gözləntiniz nədir?

- Bəzi oyunlar var ki, hər zaman gərginliyi ilə seçilir. "Qarabağ" – "Neftçi" dueli də onlardan biridir. Yaxın tarixə baxsaq, "Qarabağ"ın hegemonluq etdiyi bir vaxtda yalnız "Neftçi" çempionluğu onların əlindən almağı bacarmışdı. Təsadüfi deyil ki, məhz Samir Abasovun rəhbərliyi altında "Neftçi" "Qarabağ"a qalib gəlmişdi. Bu da ondan xəbər verir ki, bu komandalar arasında hər zaman gərgin mübarizə gedib. Hazırda çempionatda hər iki komandanın tutduğu mövqe, qarşıya qoyduqları məqsədlər çox fərqlidir. "Neftçi"nin indiki vəziyyəti xeyli çətindir. Çünki artıq Avropaya gedən yol yalnız kubokdan keçir. Çempionat oyunları ilə bu məqsədə nail olmaq mümkün deyil. Üstəlik, hər iki klub kubok matçı oynayacaq və hər ikisi bir top fərqi ilə məğlub olublar. Amma yenə də müqayisə etsək, "Qarabağ"ın potensialı "Neftçi"yə nəzərən daha yüksəkdir. Burada oyunçuların təcrübəsini, maliyyə durumu və digər məqamlara baxsaq, "Qarabağ" hər komponentdə "Neftçi"ni üstələyir.

- Sizcə, kubokda gedən gərgin mübarizə fonunda hər iki komanda bu matça tam heyəti çıxaracaq?

- Əvvəllər olsaydı, "Qarabağ" üçün o qədər də fərq etməzdi, bu oyuna da tam heyətlə çıxardı. Ancaq Azərbaycan çempionunun "Araz Naxçıvan"la kubok oyunu daha gərgin keçəcək. Alınan qırmızı vərəqələr, oyundan sonra futbolçulara verilən cəzalar, baş məşqçinin planşeti göyə uçurduğu görüntülər bunu deməyə əsas verir. Nə qədər də desələr ki, sakitik, bu oyunlar bizdə gərginlik yaratmır, görünən mənzərə başqa şey deyir. O bir topun əvəzini çıxıb "Araz-Naxçıvan"ı geridə qoymaq baxımından məşqçinin bütün futbolçulara nə qədər oynamaq imkanı verəcəyi məndə sual doğurur. İstənilən halda, bir neçə gün sonra kubok oyunu var. Təbii ki, hamısına istirahət verəsi deyil, ancaq futbolçuların tonusda qalması baxımından oynamaları vacibdir. "Araz-Naxçıvan"la qarşılaşmaya çıxacaq heyətin futbolçularını "Neftçi" ilə oynamaq məcburiyyətindədir. Zubir, Andrade, Yankoviç, Medina, Benzia meydandadırsa, "Qarabağ"ı məğlub edəcək komanda Azərbaycan çempionatında yoxdur. Zaman-zaman Ağdam təmsilçisi rotasiyalar edir ki, bu da onları zəif göstərir. Məsələn, Addai, İsayev kimi oyunçuların meydanda olduğu qarşılaşmalarda komandanın uduzduğunu, yaxud da zəif çıxış etdiyini çox görmüşük. Ancaq bütün heyətlə oynadıqları zaman rəqiblərə çox çətin olur. Fikrimcə, başdan-sona kimi əsas oyunçuları meydanda görməyəcəyik.

- "Neftçi" üçün kubokun önəmini nəzərə alsaq, eyni şey onlar üçün də keçərli ola bilər?

- "Qarabağ" "Neftçi"yə qarşı əsas heyətlə oynasa, "ağ-qaralar"ın şansı azalacaq. "Qarabağ"ın adı istənilən rəqib üçün özlüyündə motivasiyadır. Lakin məşqçi heyəti də başa düşür ki, "Sabah"la kubok oyunu həddindən artıq vacibdir. Bu qarşılaşmanı düşünüb 100 faizli oynamaqları sual altındadır. Düzdür, məşqçi oyunçulara meydana çıxanda bu matçda 90 faiz oynayın, deyəsi deyil. Ancaq ən yüksək səviyyədə futbol oynamış biri kimi başa düşürəm ki, istər-istəməz oyunçular da özlərini ən vacib matça kökləməyə çalışırlar. Bu tipli oyunlarda isə zədə almaqdan çəkinirlər. Belə olan halda da futbolçu yüz faizli oynaya bilmir.

- Belə çıxır ki, bizi bir o qədər də gərgin matç gözləmir.

- Bəlkə də hər iki tərəfdə oyun şansı az əldə edən futbolçular canla-başla mübarizə aparacaqlar. Ancaq fikrimcə, bu matç o qədər də gərgin olmayacaq. Əsas gərgin oyunlar dörd-beş gün sonra başlayacaq kubok oyunlarıdır. Həmin qarşılaşmaları ölüm-dirim oyunları adlandırmaq olar.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Oxşar xəbərlər