top
Aslan Kərimov: “Neftçi” barədə danışmağa söz tapmıram İdman.biz
19 avqust 2024, 15:36
- ↺ +

Aslan Kərimov: “Neftçi” barədə danışmağa söz tapmıram"

"Kəpəz" – "Turan Tovuz" nəticəsi gözlənilən idi".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

O, Azərbaycan Premyer Liqasının III turunu şərh edib.
52 yaşlı mütəxəssis bildirib ki, "Kəpəz" – "Turan Tovuz" (0:3) qarşılaşmasında komandalar arasındakı fərq özünü aşkar göstərib: "Adil Şükürov nə qədər bacarıqlı məşqçi olsa da, büdcənin azlığı transferi çətinləşdirir. Belə halda da nəticə vermək olmur. Gəncə təmsilçisi son zamanlar həm məşqçi, həm də oyunçu transferi ilə gündəmdə olan "Turan Tovuz"a uduzdular. Bundan öncə "Qarabağ"la matçda da eyni hal yaşanmışdı. Fərq istər-istəməz özünü göstərir. Burada texniki və taktiki baxımından komandanın hansı səviyyədə olmasından söhbət getmir. Əsas məsələ oyunçuların keyfiyyətidir. Belə büdcə ilə maliyyəsi səndən yuxarı olanlara uduzmaq məcburiyyətində qalırsan. Bu budcə ilə "Kəpəz"in çox da şansı yoxdur. Əgər bu hal davam etsə və eyni heyətlə qalıb, komandanı gücləndirməsələr yalnız əzimkarlıq sayəsində qələbə qazana bilərlər. Amma bütün bunlar nəyisə dəyişməyəcək".

O bildirib ki, "Sumqayıt" - "Səbail" (2:1) matçında meydan sahibləri sonadək mübarizəsi nəticəsində aktivinə 3 xal əlavə edib: "Doğma azarkeşlər qarışında oynamaq da hesaba təsir etdi. "Səbail" bu mövsüm bir çox aparıcı futbolçusunu satdı. Bir çoxları onların büdcəsinin azaldıldığını deyir. Yalnız "Kəpəz"dən fərqləri odur ki, yerli oyunçuların bəzilərini saxlaya bildilər. Buna görə o qədər də çox zəif görünmürlər. "Sumqayıt"ın son dövrlərdəki yüksəlişini görürük. Konfrans Liqasında məğlub olmalarının səbəbi ancaq "qırmızı vərəqə" idi. Bunu daxili çempionatda da "davam etdirməyə" çalışırlar. Samir Abbasov özünün xarakterini komandasına keçirib. Hansı ki, daha vuruşqan və daha emosionaldır. "Səbail" üçün də mövsümün çox çətin çəkəcəyini düşünürəm".

O bildirib ki, "Neftçi"nin "Sabah"a 0:2 hesablı məğlubiyyəti ilə bağlı isə səhərə qədər danışmaq olar: "Sabah" bu matçda "ağ-qaralar"dan daha yaxşı görünürdü. Tez-tez qol imkanları yaradırlar. "Neftçi"yə nisbətən aqressiv idilər. Amma "ağ-qaralar" barədə danışmağa söz tapmıram. Bu qədər imkanları ola-ola artıq 3 turdur ki, heç bir qığılcım görünmür. Məşqçinin idarəçiliyi məni qane etmir. Hər zaman kimlərləsə konflikt yaşayır. U-21 millisindən transfer etdikləri futbolçunu oynatmır və ya Fərid Yusifli ilə məşqdə mübahisə edirlər. Cavan oyunçu ilə baş məşqçinin nəyə görə dalaşmalıdır? Bəlkə də, mədəniyyət fərqləri var. Qriqorçukun şəxsi keyfiyyətləri ilə yanaşı, idarəçilik baxımından bəlli şübhələrim var idi. Artıq bunun öz əksini tapdığını görürəm. Təbii ki, bütün bunların taktiki-texiniki baxımdan bir səbəbi yoxdur. Yəni məşqçinin bəlli bir oyun təcrübəsi var, amma idarəçiliyi fikirlərini komandaya çatdırmasına imkan vermir. 3 turdur oyunçularda pərakəndəlik var. Maraqlıdır ki, Qara Qarayevi nəyə görə oynatmayasan? Hətta onu əsas heyətin oyunçusu kimi görmədiyini də bildirib. Amma nəyə və hansı keyfiyyətlərinə görə görmürsən? Bunun da açıqlamasını versə, daha yaxşı olar. Sən o cür oyunçunu ehtiyatda saxlayırsansa və ancaq legionerlərlə davam etmək istəyirsənsə nəticə də bu cür olacaq. Emin Mahmudova yazığım gəlir. O nəsə etməyə çalışır, amma... Düşünmürəm ki, "Qarabağ"ın məşq prosesi "Neftçi"dən qat-qat üstündür. Texniki-taktiki baxımdan da "Qarabağ"da hər şey möhtəşəm deyil. Amma bu halı Ağdam klubu ilə müqayisə etməli olsaq, Qurban Qurbanov futbolçuları idarə etməkdə ən üst səviyyədədir".

Qeyd edək ki, turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz Naxçıvan" oyunları təxirə salınıb.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
Dünən, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
Dünən, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Futbol
Dünən, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
Dünən, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
Dünən, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Dünən, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Dünən, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Dünən, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Dünən, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Dünən, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Dünən, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Futbol
Dünən, 01:43

Kəpəz PFK son 5 mövsümdə ən uğurlu startını cari çempionatda qeyd etdi

Futbol
Dünən, 01:39

Qordon: Keyn penaltini vursaydı, İngiltərə qalib gələ bilərdi

Futbol
Dünən, 01:18

İspaniya millisi İngiltərəni məğlub edərək 39 matçlıq məğlubiyyətsizlik seriyasına imza atdı

Futbol
Dünən, 00:05

Culian Uord “Liverpul”da yeni idman direktoru oldu

Futbol
26 sentyabr 2026, 23:10

Edqaras Yankauskas: Azərbaycan millisi güclü, texnikalı və sürətli oyun tərzinə malikdir

Minifutbol
26 sentyabr 2026, 22:48

“Buxar Sumqayıt” EMF Avropa Kubokunda Aldak 422-ə 2:4 məğlub oldu

Futbol
26 sentyabr 2026, 22:23

Şimal futbol klubu sınaq matçında 3:0 qələbə qazandı

Basketbol
26 sentyabr 2026, 19:26

Sumqayıt basketbol klubu ABŞlı oyunçusu Cordan Vatsonla müqavilə imzaladı

Futbol
26 sentyabr 2026, 19:13

“Manchester City”nin sahibləri maliyyə pozuntuları üzrə istefa çağırışları ilə üzləşə bilər

Futbol
26 sentyabr 2026, 18:59

Real Madrid, Mbappé’nin diz zədəsi üçün ən pis ssenaridən narahatdır

Futbol
26 sentyabr 2026, 16:49

Mahir Emreli: Millidə qələbə vacib deyil, əsas odur ki, yaxşı oyun göstərək

Oxşar xəbərlər