top
Aslan Kərimov: “Lion”la maksimum heç-heçə edə bilərdik” - MÜSAHİBƏ İdman.biz
29 noyabr 2024, 16:16
- ↺ +

Aslan Kərimov: “Lion”la maksimum heç-heçə edə bilərdik” - MÜSAHİBƏ

"Qarabağ"ın sabiq futbolçusu Aslan Kərimovun İdman.biz-ə müsahibəsi

- "Qarabağ"ın Avropa Liqasının V turunda "Lion"la oyununu necə dəyərləndirirsiz? Bir neçə epizodda qapı dirəyi və tiri rəqibin dadına çatdı. 1:4 hesablı məğlubiyyətə şansızlıq, yoxsa səviyyə səbəb oldu?
- Şanssızlıqlar da var idi. "Qarabağ" ilk hissədə daha yaxşı oynayırdı. Rəqibin də strategiyası fərqli oldu. Hər kəs düşünürdü ki, "Lion" dominant futbol oynayacaq. Daha çox hücumda olacaq. Amma onlar bunu etmədilər. Bir qədər geridə "oturdular". Buna səbəb də yəqin ki, eksperimental - gənclərlə təcrübəlilərin yer aldığı qarışıq heyətə üstünlük vermələri idi. 2-3 dəfə bizi əks-hücumda yaxaladılar. Buna baxmayaraq, "Qarabağ"ın da şansları oldu. Düşünürəm ki, qollar vursaydıq belə "Lion"la maksimum heç-heçə edə bilərdik. Komandamızın hücum və müdafiə balansını nəzərə alsaq, qələbə çətin görünürdü. Rəqibin də qollardan başqa şansları oldu. Bunu da nəzərə alsaq, bəxtimiz gətirsəydi ən yaxşı halda heç-heçə edə bilərdik.

- "Qarabağ"da kimi fərqləndirərdiz və kim gözləniləndən zəif oynadı?
- Kevin Medinanın yaxşı oynadığını demək üçün futbol mütəxəssisi olmağa ehtiyac yoxdur. O, rəqibin bir çox həmləsinin qarşısını aldı. Bəzi epizodlarda olmasaydı, "Lion" daha çox qol vura bilərdi. Düzdür, bir səhvi oldu, amma belə şeylər qaçılmazdır. Müdafiə planı baxımından çox yaxşı görünürdü. Öndə oynayan 4-lük - Olavio Juninyo da daxil olmaqla, komanda müdafiəsi baxımından çox zəif görünürdülər. Fərqləndirməli olsam, elə tək Medinanının adını çəkərdim.

- Bu məğlubiyyətdən sonra pley-off şanslarımız barədə fikirləriniz necəsiz?
- Əslində, turnir cədvəlində ilk "24-lük"dən sonuncu olan komandanın 5 xalı var. Yenidən 1 qələbə qazansaq, mövqeyimizi çox yaxşılaşdıra bilərik. "Budo Qlimt", "Malmö"nün bundan sonra qələbə 3 xal qazanması çətin görünür. Bu baxımdan 1 qələbə, 1 heç-heçə bizi pley-off mərhələsinə çıxaracaq.

- İllərdir "Qarabağ" müəyyən səviyyəyə qədər irəliləyir, yekunda çıxışını bitirir. Sizcə, daha irəli getmək üçün nə çatmır?
- "Qarabağ" zaman-zaman yaxşı formada olur. Bəzən də əksinə. İnkişafın olmaması ölkə çempionatı və klublarımızın maddi durumu ilə bağlıdır. Digər klubların da "Qarabağ" qədər maliyyə ayırmaq və oyunçu transfer etmək imkanı olsa, inkişaf sürətlənəcək. Əgər açıq danışsaq, "Lion" da möhtəşəm futbol göstərmədi. Bu Avropa Liqasının yarımfinalı olsaydı və hansısa neytral meydançada keçirilsəydi tamam fərqli ssenari alınacaqdı. "Lion" bizimlə çox rahat oynayırdı. Eləcə də, "Qarabağ" daxili çempionatda belə rahat mübarizə aparır. Onlar da "Kəpəz", "Səbai"lə qarşı çox rahatdırlar. Qaçsalar da, döyüşsələr də hiss olunur ki, daxildən çox rahatdırlar. Bunun özü də "Qarabağ"ın inkişafına mane olur.

- Təbii ki, bu uğurlarda, "Qarabağ"ın bu səviyyəyə çatmasında baş məşqçi Qurban Qurbanovun çox böyük əməyi var. Amma sanki bundan artığını etmək çətin görünür. Siz necə fikirləşirsiz?
- Düz deyirsiz. Klubun bu səviyyəyə gəlib çatmasında əsas rol sahiblərindən biri Qurban Qurbanovdur. Amma bir şeyi də nəzərə alaq ki, oyunun taleyini meydandakı futbolçular həll edir. Düzgün transferlər edib, komandanın daxilində yaxşı ab-hava yarada bilirsinizsə, böyük uğura nail olursuz. Sizi əmin edirəm ki, nəinki Qurbanov, digər məşqçilərimiz də öz yanaşmaları ilə Avropadakı mütəxəssislərdən geri qalmırlar. Bunu seminarlarda çıxış edən məşqçilərimiz özləri də görürlər. Savad baxımından geri qalmırıq. Sadəcə oyunçu keyfiyyəti və daxili çempionat bir az zəifdir. Ona görə də bundan o tərəfə addım ata bilmirik.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Dünən, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Dünən, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Oxşar xəbərlər