AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov İTV ilə müqavilə imzalayıb. Bu barədə veteran futbolçu özü Sport24.az-a məlumat verib.
Kərimov bundan sonra yalnız sözügedən telekanalla əməkdaşlıq edəcək.
Tərəflər arasında əldə olunan razılığa əsasən, Aslan bəy "İTV"-nin daimi eksperti kimi fəaliyyət göstərəcək. Bu səbəbdən o, əvvəlki kimi daim yox, vaxtaşırı digər media qurumlarına müsahiə və açıqlama verəcək. AFFA-nın təhsil şöbəsinin rəhbəri əsasən adı çəkilən telanalda fikirlərini bölüşəcək.