top
Aslan Kərimov: İslandiyaya qalib gəlmək şansımız real görünür Idman.biz
05 sentyabr 2025, 17:58
- ↺ +

Aslan Kərimov: "İslandiyaya qalib gəlmək şansımız real görünür"

"İslandiya ilə qarşılaşmada qalib gəlmək şansımız var".

İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov bu gün DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək İslandiya-Azərbaycan oyunu barədə danışarkən deyib.

O, Azərbaycan millisinin rəqib qarşısında şanslarını dəyərləndirib: "Qrupdakı digər iki rəqibimiz – Ukrayna və Fransa ilə müqayisədə İslandiya millisi bizə daha uyğundur. Onlardan xal ala bilmə ehtimalımız daha real görünür. Fikrimcə, bu komanda əvvəlki səviyyədə deyil. Kifayət qədər eniş görünür. Bu amil millimizə qalib gəlmək üçün əlverişli şərait yaradır. Ötən il UEFA Millətlər Liqasında Türkiyə ilə qarşılaşmada İslandiya müəyyən çətinliklər yaratmışdı. Yalnız son dəqiqələrdə islandiyalı qapıçısının kobud səhvi ucbatından qol buraxdılar. Ümumi götürsək onlar sürətli keçidlərlə, əks hücumlarla, cərimə zərbələri və standart vəziyyətlərlə təhlükə yarada bilərlər. Onlara qarşı ehtiyatlı olmalıyıq. Yəqin ki, biz də topa daha çox sahib olmağa üstünlük verəcəyik. Hücumların təşkilində bir qədər diqqətli olmalıyıq. Rəqibin heyətində sürətli futbolçular var. Bu keçidləri sürətli edib, qapımızın önündə təhlükəli vəziyyətlər yarada bilərlər".

Mütəxəssis milli komandada bir neçə mövqedə boşluqların olduğunu söyləyib: "Dayaq yarımmüdafiə mövqeyimiz hələ də ürəkaçan deyil və oyun çox vaxt bu mövqedəki futbolçuların üzərinə düşəcək. Bu mövqedəki futbolçular həm hücum, həm müdafiə baxımından güclü olmalı, komandanın oyun tempini qoruyub saxlaya bilməlidirlər ki, təhlükəli rəqiblərin öhdəsindən gələ bilək. Son dönəmlərdə cinah hücumçularımız da yaxşı təsir bağışlamırlar. Əfran İsmayılovdan sonra cinahda rəqibi keçib geridə qoyan oyunçumuz demək olar ki, yoxdur. Sadaladıqlarım vacib mövqelərdir. Çünki bu mövqelərin yığmalar üçün rolu çox böyükdür".

Qeyd edək ki, bu gün keçiriləcək İslandiya-Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Oxşar xəbərlər