top
Aslan Kərimov: “Düşünmürəm ki, “Tottenhem” bizə çox qol vursun” İdman.biz
26 sentyabr 2024, 15:42
- ↺ +

Aslan Kərimov: “Düşünmürəm ki, “Tottenhem” bizə çox qol vursun”

"Maraqlı oyun izləyəcəyik. "Qarabağ" Premyer Liqanın adlı-sanlı klubuna qarşı oynayacaq".

Bunu İdman.bizə "Qarabağ"ın sabiq futbolçusu Aslan Kərimov deyib.

Mütəxəssis Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın səfərdə "Tottenhem"lə oyunundan gözləntilərini açıqlayıb. O bildirib ki, son dəfə hər 2 matçda uduzduğumuz London təmsilçisi tamam başqa idi: "Onların oyun anlayışı, stili indikindən fərqlənirdi. İndi London klubu daha aqressiv oynamağa, topa daha çox sahib olmağa çalışır. Öndə inanılmaz dərəcədə yüksək pressinq edirlər. Belə bir komandaya qarşı "Qarabağ" əks-hücumlarda oynayacaq. Onlarla qarşılaşmada topa çox sahib olmaq çətindir. Komandamızın bu cür klublara qarşı açıq futbol oynaması imkansız görünür. "Dinamo" ilə oyunda Zaqreb təmsilçisi 2 oyunda bizə 5 qol vurmağı bacarmışdı. Qurban Qurbanovun komandası həmin matçlarda dominant futbol oynayırdı, amma top itkilərindən sonra çətinlik çəkirdi. İndi vəziyyət başqa olacaq. Düşünürəm ki, ağdamlılar qapalı oynayacaqlar. Meydanın mərkəzində rəqibi qarşılayıb, yaxşı əks-hücumlara çıxmaq şansımız var. Çünki ingilislər o qədər basqılı oynayır ki, mərkəz müdafiəçiləri rəqib meydançasına keçib gedirlər. "Qarabağ"ın bu cür boşluqlardan istifadə etmək şansı yüksəkdir. Əminəm ki, qol imkanları olacaq. Juninyonun günü olacaq, yoxsa yox, bunu bilmirəm. Amma bu səviyyədə rəqib ilə oyunda qol imkanı olsa, "sambaçı" bunun öhdəsindən gələcək".

Kərimov oyunda tərəflərdən hər hansının böyük fərqlə qalib gələcəyinə də inanmır: "Bu cür oyunlar cüzi fərqlə bitir. Birinci günün oyunlarına baxsaq, heç də 4-5 top fərqi ilə qalib gələn komanda yoxdur. Bu formatda çox qol buraxmamağa çalışırlar. Vurulan və buraxılan toplar önəmli olacaq. Bütün komandalar sona qədər oynamağa məcburdurlar. 3:0 hesabı ilə udduğun oyunda belə gərək qol buraxmayasan. Düşünmürəm ki, "Tottenhem" bizə çox qol vursun. Minimal hesab olacaq. Heç-heçə də ola bilər. Təbii ki, favorit "Tottenhem"dir. Amma "Qarabağ"ın da qalib gəlmək ehtimalı var. Məsələnin digər tərəfi isə rəqibin zədəli oyunçularıdır. Rişarlisonun, Kristian Romeronun olmaması komandamız üçün üstünlük təşkil edə bilər. Digər tərəfdən isə onların daxili çempionatda işləri o qədər də yaxşı getmir. Ola bilsin ki, Premyer Liqa oyununa daha çox önəm versinlər. Rəqib rotasiya etsə, bizim üçün daha rahat ola bilər. Belə olduğu halda "Qarabağ"ın qələbə qazanmaq şansı yüksəkdir".

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" matçı bu gün saat 23:00-da start götürəcək.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Oxşar xəbərlər