top
Aslan Kərimov: “Düşünmürəm ki, ”Neftçi” bu oyunda da məğlub olsa, Qriqorçuk gedəcək” İdman.biz
20 sentyabr 2024, 15:21
- ↺ +

Aslan Kərimov: “Düşünmürəm ki, ”Neftçi” bu oyunda da məğlub olsa, Qriqorçuk gedəcək”

"Neftçi"nin son dönəmdə xal qazana bilməməsi motivasiya olaraq onlara mənfi təsir edib. Bundan sonra oynayacaqları bütün matçlarda xal götürmək məcburiyyətindədirlər".

Bunu İdman.bizə "Qarabağ" və Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

Mütəxəssis Misli Premyer Liqasının VII turunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı haqqında gözləntilərindən danışıb. O bildirib ki, "Neftçi"nin bu matçda xal qazanmaq şansı var: "Bəlkə "Neftçi"nin üstünlüyü o ola bilər ki, "Qarabağ" bir neçə gündən sonra Avropa Liqasında "Tottenhem"lə oynayacaq. Bu görüşdə əsas futbolçular tam olaraq 90 dəqiqə oynamaya bilərlər. Onların rotasiyaya getmək imkanları var. Bu, "Neftçi" üçün əlverişli şərait yarada bilər. Amma ağdamlıların istənilən heyəti bakılılar üçün çətinlik yarada bilər. "Ağ-qaralar"ı çox ağır bir oyun gözləyir. Roman Qriqorçukun komandası bu matçda tam öndə oynamayacaq. İkinci nömrə oynamağa çalışacaq. Cinahlarda bəlkə Lebon və ya Ramilin sayəsində əks-hücumlarda öz xoşbəxtliklərini axtarsınlar. Amma son zamanlar "Neftçi"nin göstərdiyi performans o qədər də ürəkaçan deyil. Top itkiləri çoxdur. Dayaq yarımmüdafiəçi zonasında tam olaraq müdafiəçilərin önündə həddindən artıq top itkisi yaşanır. Bundan əvvəlki oyunlarda da belə epizodları gördük. "Qarabağ" elə komandadır ki, onlara qarşı hücumların təşkili zamanı top itirsələr, Qurban Qurbanovun heyətindəki təcrübəli oyunçular "Neftçi"ni cəzalandıra bilər. Düşünürəm ki, bu matçda "Neftçi" "Qarabağ"dan xal ala, heç-heçə edə bilər. Çünki "Qarabağ"ın qarşıda "Tottenhem"lə matçı var".

Kərimov Qara Qarayevin komandadan göndərilməsinin "Neftçi"nin oyununa təsirsiz ötüşməyəcəyini bildirib: "Neftçi"nin oyunçuları meydanın mərkəzində topu ələ keçirərkən həddən artıq top itkilərinə yol verirlər. Qara əslində orda olsaydı, "Neftçi" bu qədər səhv etməzdi. Komandanın oyunlarında bu qədər təkbətək epizod yaranmazdı. Bu, mənim subyektiv fikrimdi. Qarayevin orda olmaması, onun təcrübəsi və oyun anlayışından məhrum olması "Neftçi" üçün itkidir".

Veteran futbolçunun sözlərinə görə, oyunun nəticəsi nə olursa, olsun, bu, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçukun postunu tərk etməsinə səbəb olmayacaq: "Düşünmürəm ki,"Neftçi" bu oyunda da məğlub olsa, Qriqorçuk gedəcək. Məncə, qış fasiləsinə qədər onun vaxtı var. Əsas da qış fasiləsinə qədər olan nəticələr vacib olacaq. "Qarabağ"la oyun məşqçinin komandadan gedib-getməməsi ilə bağlı bir göstərici olmamalıdır. Çünki bu rəqibə qarşı oyunda "Neftçi"də kim məşqçi olsa, çətin olacaq. Onlar taktiki, texniki və maddi tərəfdən də rəqiblərindən geri qalırlar. Burda Ağdam klubuna məğlub olmaları bir məşqçinin pis və ya düz işləməməsinin göstəricisi deyil. Amma digər oyunlar təsir edəcək. "Neftçi" bu qarşılaşmada uduzarsa, Qruqorçukun istefaya göndəriləcəyinə inanmıram".

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı bu gün saat 20:00-da "Azərsun Arena"da keçiriləcək.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

“Mançester Yunayted”in Karrikin işindən çıxarmama səbəbləri

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Oxşar xəbərlər