top
Asiyaya üz tutmaq istəyən Mahiri qınayaq və ya dəstək verək? Sport24.az
17 fevral 2025, 11:00
- +

Asiyaya üz tutmaq istəyən Mahiri qınayaq və ya dəstək verək?

RƏŞAD

 

Mahir Emreli karyersında yeni səhifə açmağa yaxındı. Millinin də şərəfini qoruyan futbolçu bu dəfə Avropanı Asiyaya, daha dəqiq desək, Almaniyanı Koreyaya dəyişməyə yaxındı. "Seul" Emreli üçün "Nürnberq"ın qapısını döyməyə hazırlaşır.

 

Bu keçidin reallaşıb-reallaşmayacağı yaxın zamanda məlum olacaq ki, bu başqa mövzunun söhbətidi. İndiki anda Mahirin Almaniya klubundan ayrımasını müzakirə etmək, daha doğrusu, onun bu qərarına münasibət bildirmək istəyirəm.

 

İlk növbədə Emreli niyə əksər azərbaycanlı futbolçuların arzusunda olduğu Almaniya klubunu Koreya təmsilçisinə dəyişmək fikirinə düşdüyünə diqqət yetirmək lazımdı.

 

Zəifdi, rəqabətdə geri qalır? Məncə, əksinə futbolçunun komandaya nə qədər lazımlı olduğunu "Nürnberq"in baş məşqçisi, Almaniya futbolunun tanınmış simalarından biri olan Miroslav Klozenin açıqlamalarından görmək mümkündü. Mütəxəssis hər fürsətdə Mahirin ona lazım olduğunu bildirir. Deməli, məsələ heç də milli üzvünün zəif futbolçu olmasında deyil. Səbəbi başqa yerdə axtarmaq lazımdı...

 

Emrelinin nə qədər inadkar, prinsipial futbolçu olduğunu karyerasının  Avropa kitabını səhifələdikcə görmək mümkündü. Polşada müəyyən problemlərlə üzləşdikdən sonra düşünmək olardı ki, əksər azərbaycanlı futbolçular kimi Mahir yenidən Vətənə dönüb, Azərbaycan Premyer Liqasında çıxış edəcək. Ancaq o nə etdi? Polşanı Xorvatiyaya dəyişdi. Etiraf edək ki, keçmiş Yuqoslaviya respublikasında zədə səbəbindən özünü tam göstərə bilmıədi. Ancaq legioner həyatını davam etdirməkdə israrlı oldu və bu dəfə Almaniyaya üz tutdu. "Nürnberq"də hər şey yolunda getdiyi vaxt futbolçumuz ehtiyatda qalmağa başladı. Hər şey, bizə qaranlıq qalan sirr də məhz bundadı.

 

Kloze "Mahir mənə lazımdı" deyirsə, "niyə bəs ona güvənmir" sualı hamı üçün maraqlıdı.     

 

Almaniya mətbuatında yazılanlara görə, "Nürnberq" rəhbərliyi son vaxtlar siyasəti dəyişib, daha çox gənc futbolçuları "vitrinə" çıxartmaqla futbolçu satışından pul qazanmağı qarşısına məqsəd qoyub. Mahir isə gənc deyil. Hazırda 28 yaşı var və müqaviləsinin müddəti də yayda başa çatır. Klubla anlaşması başa çatan futbolçuya da nə bizdə, nə də orda daim oynamaq şansı verilmir. Deyə bilərsiz ki, hər şey baş məşqçinin istəyindən asılıdır. Klozeyə lazımdırsa oynadacaq. Ancaq futbolun amansız qanunlarından biri də rəhbərliyin baş məşqçinin işinə müdaxilə etməsidir. Bu tək Azərbaycanda deyil, bütün dünyada olur. Necə deyərlər, musiqini pul verən sifariş edir. Rəhbərlik də pul qazanmaq üçün bu yolu seçib, baş məşqçi də bununla razılaşmaq məcburiyyətindədir.

 

Kloze yuxarıların çaldığı musiqiyə qol-qanad qaldırıb rəqs etməyə razılaşıbsa, Mahir bununla barışmır və daim oynaya biləcəyi kluba keçmək istəyir. İmdiki məqamda da ona "elçi" düşən "Seul"du və o da təklifi dəyərləndirməyi lazım bilir.

 

Odur ki, Mahiri Asiyaya üz tutmaq istıdiyinə görə asıb-kəsmək, qınamaq olmaz. Əksinə futbolçu kimi kamillik yaşına çatan futbolçumuzu pinsipiallığına görə alqışlamaq, dəstək vermək lazımdı. Unutmayaq ki, o, həm də milli üzvüdür. Ölkənin əsas komandasına isə Emreli kimi futbolçular lazımdı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:26

“Şəfa” kipi Nicat Mehbalıyev: Millidən dəvət almaq ən böyük arzumdur

Futbol
Dünən, 23:33

Şəfa ilə Sabah arasında keçirilən matçın girişləri pulsuz olacaq

Futbol
Dünən, 23:13

Toral Bayramovun oyununa baxmayaraq Bursaspor qələbəni qaçırdı

Futbol
Dünən, 22:43

La Liqa: Xetafe ilə Deportivo arasında 1:1 nəticə, Obameyanq qollarını vurdu; Barcelona Levante’ni 4:2 məğlub etdi

Futbol
Dünən, 22:20

Renat Dadaşov Bukovina ilə Zorya qarşısında debüt etdi, komanda son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

Futbol
Dünən, 21:29

Premyer Liqa: “Manchester City”dən derbi qələbəsi, “Brayton”dan 5-0 qalibiyyət – yenilənib + video

Qarabağ FK
Dünən, 21:17

Qarabağ və Zira 1:1 hesablı heç‑heçə – Qurban Qurbanov: “Hər iki komanda bir xal qazanmağa layiq idi”

Futbol
Dünən, 18:27

Araz‑Naxçıvan və Turan Tovuz arasında 2:2 hesabı ilə bərabərlik

Qarabağ FK
Dünən, 16:18

“Araz‑Naxçıvan” yarımmüdafiəçisi Rövlan Muradov: “Qarabağın adı bizə çətinlik yaratmır, ancaq şansları daha yaxşı dəyərləndirməliyik”

Qarabağ FK
Dünən, 15:19

“Sabahın ulduzları” U-14 Bakı kubokunda qol yağışı: Neftçi 6‑2 Zira, Vətən 4‑2 Xan

Futbol
Dünən, 06:38

Arteta hakimlərin penaltı qərarına qəzəbləndi: “Bu gün oyun müdafiəsiz idi”

Futbol
Dünən, 05:41

Kovaç, Dortmundun Paderborn üzərindəki 3-0 qələbəsini şərh etdi

Futbol
Dünən, 00:14

Azər Bağırov Sumqayıtdakı 1:1 heç-heçəni və oyunun çətinliyini şərh etdi

Futbol
12 sentyabr 2026, 23:43

Tottenham İngiltərə Premyer Liqasının ilk dörd turunda qol vura bilməyərək rekord qırdı

Basketbol
12 sentyabr 2026, 22:51

“Neftçi” basketbol komandası Türkiyədə iki matçda məğlub oldu

Futbol
12 sentyabr 2026, 22:29

“Tottenhem” Evertonla 0:0 heç-heçə, “Hall Siti” Çelsi ilə 2:2 bərabərlik - VİDEO

Futbol
12 sentyabr 2026, 22:28

Kəpəz, Qəbələni 1:0 məğlub etdi - Video icmalı

Futbol
12 sentyabr 2026, 22:07

Latsio iki qol fərqini itirdi, Milanla 2:2 heç-heçə

Futbol
12 sentyabr 2026, 21:55

Amil Ağacanov: “Kəpəz daha əzmkar oynadı və qalib gəldi”

Basketbol
12 sentyabr 2026, 21:33

Azərbaycan qadın 3x3 basketbol komandası Avropa çempionatında Ukraynaya 20:7 hesabı ilə məğlub etdi

Futbol
12 sentyabr 2026, 21:08

Qəbələ məşqçisi: Qələbə üçün xarakter və istək çatışmır

Futbol
12 sentyabr 2026, 21:05

Azər Məmmədov: “Kəpəz”in güclü komanda formalaşdırması üçün vaxt lazımdır

Qarabağ FK
12 sentyabr 2026, 20:55

“Qarabağ-2” ev oyununda Araz‑Naxçıvan-2‑ni 3:1 məğlub edərək inamlı qələbə qazandı

Qarabağ FK
12 sentyabr 2026, 19:26

U-20 milli komandamızın heyəti açıqlanıb

Oxşar xəbərlər