Daha bir ölkə 2036-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir. Sport24.az xəbər verir ki, Hindistan Olimpiya Assosiasiyası turniri təşkil etmək üçün Beynəlxalq Olimpiya Kimitəsinə rəsmi ərizə təqdim edib.
2036-cı ildəki yarışa Meksika, İndoneziya, Türkiyə, Polşa, Misir və Cənubi Koreya da iddia edir.
Qeyd edək ki, 2028-ci ildəki olimpiada ABŞ-də, 2032-ci ildəki turnir isə Avstraliyada gerçəkləşəcək.