top
Asif Məmmədov: “Problemi, çatışmazlığı başqa yerdə axtarmaq lazımdı” Sport24.az
21 iyun 2024, 10:35
- ↺ +

Asif Məmmədov: “Problemi, çatışmazlığı başqa yerdə axtarmaq lazımdı”

"Qəbələ" bu mövsüm elitadan vidaşlaşsa da, bölgə təmsilçisini ən təcrübəli oyunçusu və kapitanı Asif Məmmədov "qırmızı-qaralar"ın sırasını tərk etməyəcəyini bildirib. 38 yaşlı futbolçu Sport24.az-a müsahibəsində həm bu, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb.

 

- Asif hazırda nə işlə məşğulsan?
- Hələlik istirahət edirəm

 

- "Qəbələ"də qalmağın rəsmləşdi?
- Bəli, "qırmızı-qaralar"da olacam. Komandamızı I Liqada çempion edib elitaya geridönüş etmək istəyirik.

 

- Bölgə təmsilçisində yeganə təcrübəli sən olacaqsan, yoxsa kimlərsə də sənə qoşulacaq?

- Mənim qalacağım dəqiqdi. Əksər oyunçular komandadan gedib və ya müqavilələri bitib. Görünən odur ki, ən təcrübəli mən və akademiyanın yetirmələrindən ibarət komanda formalaşdıracağıq. Əlavə də 7-8 transfer gözlənilir.

 

- Kaxaber Tsxadadzeylə təcrübəli oyunçu kimi səninlə məsləhətləşir?
- Gürcü mütəxəssis hazırda ən çox mənimlə ünsiyyətdədi. Komandaya yerli oyunçuların cəlb olunmasıyla bağlı söhbətlər edirik.

 

- AFFA "Qəbələ"nin inftastrukturu və akademiyasının saxlanması üçün 700 min manat vəsait ayırdı. Səncə, bu pul kifayət edəcək?
- Əlbəttə ki, kifayət deyil. 6 meydança, akademiyanın saxlanması, işçilərin maaşı və digər zəruri ehtiyacları nəzərə alsaq, əlavə vəsait lazım olacaq. İnanıram ki, klub rəhbərliyi bu məsələni hamıdan yaxşı bilir və tədbir görəcək.

 

- Avrokubokılarda çıxış edəcək klublarımızın rəqibləri bilindi. Səncə kimlərin bəxti gətirdi?
- Düşünürəm ki, ən çətin rəqib "Sabah"a düşüb. İsrail təmsilçisi çox güclü kollektivdi. Amma unutmayaq ki, "Sabah" da sıradan komanda deyil. Maraqlı və gərgin oyun olacağı danılmazdı. "Zirə" ilə "Sumqayıt" işlərin öhdələrindən gələcəyi qənaətindəyəm. 2 il öncə "Qəbələ"nin heyəti geniş olsaydı və İlkin Qırtımov sıradan çıxmasaydı "Fehervar" səddi keçə bilərdik. Fikrimcə, "kimyaçılar" bizdən daha əlverişli şəraitdədi və onlar Macarıstan təmsilçisini məğlub edəcəklər. "Şerif" də pis komanda deyil, onların böyük avrokubok təcrübəsi var. Amma hansısa klubun adından qorxmayıb, meydanda sona kimi mübarizə aparmaq lazımdı. "Zirə" son mövsümdə sərgilədiyi oyunu qitəmiqyaslı yarışlarda da sərgiləsə uğur qazana bilər.

 

- Yığmanın yeni baş məşqçisinin adına aydınlıq gəldi. Qarşıdakı 4 ildə ölkənin əsas komandasına Fernandu Santuş rəhbərlik edəcək. Bununla bağlı fikirlərini bilmək maraqlı olardı...  
- Santuş adlı-sanlı mütəxəssisdi. İnanmaq istəyirəm ki, bəlkə onun şöhrəti sayəsində futbolçularımıza xarici klublardan maraq yaransın. Bu gün çoxları portuqaliyalı mütəxəssisin ünvanına tənqidlər yağdırır, onun yaşının çox olmasını qabardır. Amma problem nə baş məşqçidə, nə də onun yaşındadı. Problemi, çatışmazlığı başqa yerdə axtarmaq lazımdı. Bu gün başlıca problemimiz futbolçu yetişdirə bilməməyimizdi. Baxın, neçə klubumuzun akademiyası var, amma aşağı yaş qruplardan tutmuş A yığmamıza qədər futbolçu seçimi yoxdu. Vəziyyət o qədər acınacaqlıdı ki, I Liqada iddialı olan komandalar, o cümlədən "Qəbələ" yerli oyunçu tapa bilmir. Bizim vaxtımızda akademiyalar yox idi, amma oyunçu seçimi bol idi. Çoxları deyir komanda sayını 12-yə qaldıraq. Amma sual edən yoxdu ki, klublar hansı yerli oyunçu ilə çıxış edəcək? Bu gün millidə sağ və sol cinah müdafiəçiləri yox dərəcəsindədi. Taran tipli hücumçumuz varmı? Bir dənə Bəhlul Mustafazadənin ümidini qalmamamılıyıq. Ən azından 3-4 Bəhlulumuz olmalıdı. Futbolçu seçimi geniş olmadıqdan sonra ulduz baş məşqçini də Azərbaycan millisinə gətirsən böyük uğurlar əldə etmək mümkün olmayacaq. Odur ki, uşaq futbolunu dirçəlməliyik.

 

- Hazırda davam edən AVRO-2024-də hansı yığmaya azarkeşlik edirsən?
- Heç bir yığmaya azarkeşlik etmirəm. Amma oyun üslubuna görə Almaniya seçməsi xoşuma gəlir.


ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Dünən, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Dünən, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Dünən, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Oxşar xəbərlər