top
Asif Məmmədov: “Bu qələbəni bütün Azərbaycan qazandı. Şəhidlərimizə, qazilərimizə və veteranlarımıza borcluyuq” Idman.biz
Bu gün, 15:46
- ↺ +

Asif Məmmədov: “Bu qələbəni bütün Azərbaycan qazandı. Şəhidlərimizə, qazilərimizə və veteranlarımıza borcluyuq”

"Bu Qələbəyə görə ilk növbədə şəhidlərimizə, qazilərimizə və veteranlarımıza borcluyuq. Onlar olmasaydı, bu Zəfəri qazana bilməzdik. Hər il bu günlərdə insan öz ölkəsi, Vətəni və xalqı ilə qürur duyur. Çünki bu Qələbəni təkcə ordumuz deyil, bütün Azərbaycan qazandı".

Bu sözləri 44 günlük Vətən müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərə könüllü qatılan, "Qəbələ" futbol komandasında çıxış edən və hazırda məşqçi işləyən Asif Məmmədov deyib.

O bildirib ki, həmin dövrdə uşağından yaşlısına qədər hər kəsin ürəyi Vətənlə döyünürdü.

"Hər kəs əlindən gələn köməyi etməyə çalışırdı. Kimisi məktub yazır, kimisi yardım göndərirdi. Hamı televizor qarşısında, əlində telefon yeni xəbərləri, torpaqlarımızın azad olunmasını gözləyirdi. Bundan gözəl nə ola bilər? Şükürlər olsun ki, qələbə qazandıq. Bu gün başımız dik, alnımız açıqdır. Əvvəllər müharibədən danışanda bəzən çəkinirdiksə, indi qürurla deyirik ki, torpaqlarımız uğrunda canımızdan, qanımızdan keçdik və qalib gəldik" - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

A.Məmmədov müharibə zamanı Ağdam istiqamətində əsasən müdafiə mövqeyində olduğunu vurğulayıb:

"Orada səfərbərliklə gələn, hərbi təcrübəsi az olan gənclər çox idi. Onların arasında müəyyən həyəcan hiss olunurdu. Döyüş yoldaşlarım mənim futbolçu olduğumu, digər idmançıların da əsgərlərin yanında olmaq, onlara dəstək vermək üçün gəldiklərini deyirdilər. Bu da gənclərə mənəvi dəstək olur, onları ruhlandırırdı.

Ağdam noyabrın 20-də azad edildikdən sonra kəndimizə gedən ilk insanlardan biri olmuşam. Həmin vaxt Ağdamda bizimlə birlikdə olan könüllülər və döyüş yoldaşlarımızla bir araya gəldik. Birlikdə Ağdama, kəndimizə getdik, əraziləri gəzdik. Sonralar da çox səfərlərimiz oldu. Amma mənim üçün ən yaddaqalan və qürurverici səfər məhz ilk gedişimiz idi".

Futbolçu Qəbələni həmişə ikinci vətəni hesab etdiyini və oranı çox sevdiyini vurğulayıb:

"Bununla yanaşı, doğma kəndimdə də futbolun inkişafına töhfə vermək istəyirəm. Gələcəkdə şərait yaranarsa və uşaqların marağını görsəm, kəndimizdə futbol klubu yaratmaq niyyətindəyəm. Abdal-Gülablı kəndləri böyük yaşayış məntəqələridir. Oradan da çoxlu istedadlı uşaqlar yetişə bilər. Eşitdiyimə görə, kəndimiz əvvəllər də futbola marağın böyük olduğu yerlərdən biri olub. Evimizin qarşısında stadion var idi və həmin vaxtın gəncləri hər axşam orada futbol oynayırdılar. İmkan və şərait olsa, mütləq kəndimizin adını daşıyan futbol klubu yaradarıq.

Ümumiyyətlə, uşaqlara futbolu və digər idman növlərini sevdirmək lazımdır. Futbol uşaqların ən çox sevdiyi idman növlərindən biridir. Düşünürəm ki, kəndlərdə idmanın inkişafına xüsusi diqqət yetirilməlidir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 16:44

Anar Bağırov: Dakardakı Yeniyetmələrin Olimpiya Oyunlarında idmançılarımız istiliyə və nəqliyyat çətinliklərinə baxmayaraq cüdoçu İbrahim Talıbovun qazandığı qızıl medal ilə fəxri kürsüyə çıxıb

Futbol
Bu gün, 16:35

AFFA, Almaniya və ABŞ-da futbolçuları izləyir

Futbol
Bu gün, 16:20

Emin Mahmudov: Milli forma karyeramı sonlandırdım

Futbol
Bu gün, 16:14

Cud və Cob Bellinqem qardaşları ilk dəfə İngiltərə millisinin heyətində birgə yer alırlar

Qarabağ FK
Bu gün, 16:01

“Qarabağ”dan İDMAN.BİZ-ə AÇIQLAMA: Yankoviç və Silvanın cəzalandırılması haqqında məlumatlar həqiqəti əks etdirmir

Futbol
Bu gün, 16:00

Neftçi – Kəpəz qarşılaşmasının statistik təhlili: 66 görüş, 33‑də Bakı üstünlüyü, 111:66 qol fərqi

Futbol
Bu gün, 15:52

Gəncəbasar klubuna Namik Qədirov yeni prezident təyin edildi

Futbol
Bu gün, 15:40

Didye Deşam "Mançester Yunayted"in baş məşqçisi olmaq təklifini rədd etdi

Tennis
Bu gün, 15:31

WTA-nın İlin Yekun Turnirinin mükafat fondu 35,5 faiz azalaraq 10 milyon dollar oldu

Voleybol
Bu gün, 15:29

"Fənərbaxça"nın voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın futbolçusu İsmayıl Yakobsun məşhur gecə klubunda görünməsi iddiası diqqət çəkib

Futbol
Bu gün, 15:27

PFL I Liqada "Ayın qolu" çərçivəsində Bəhruz Teymurov mükafatlandırıldı

Futbol
Bu gün, 15:20

Fransanın bir futbol klubunun prezidenti 6 ay futboldan uzaqlaşdırıldı

Digər
Bu gün, 15:17

Yaylagül Ramazanova Asiya Kubokunda qızıl və gümüş medallar qazandı, Azərbaycan oxatma komandası yeni mərhələyə qədəm qoyur

Basketbol
Bu gün, 15:08

Şəki yeni baş məşqçisi Ceyhun Həsənli: 'Əsas liqaya daha güclü qayıtmaq istəyirik'

Futbol
Bu gün, 15:02

Real Madrid yenidən 2014/15‑deki məşhur əjdaha formasını təqdim etdi

Futbol
Bu gün, 14:53

"Kəpəz"in futbolçusu Benito: "Yüksək yerlər uğrunda mübarizə aparmaq gücündəyik"

Qarabağ FK
Bu gün, 14:40

Seltik Beşiktaş'ı 3:2 məğlub etdi – Baş məşqçi Duranı yüksək qiymətləndirdi

Digər
Bu gün, 14:32

Paraatlet: Vətən Müharibəsində Şəhid Yoldaşının Ağır Xatirəsi

Futbol
Bu gün, 14:29

Denis Marandiçi Turan Tovuz futbolçusu Moldova millisinə dəvət alıb

Digər
Bu gün, 13:50

Azərbaycan üzgüçüləri Belarusdakı beynəlxalq turnirin ilk günündə 2 medal qazanıb

Minifutbol
Bu gün, 13:44

Azərbaycan – Latviya futzal qarşılaşmasının hakimi komandası müəyyən edilib

Futbol
Bu gün, 13:40

CONCACAF "Qızıl Kubok" turnirində 2027-ci ildən etibarən yeni format tətbiq olunacaq

Futbol
Bu gün, 13:39

Spalletti “Yuventus”da futbolçusu Xuan Kaballa mübahisə edib: “Diqqətli olmasan, yumruq vuracağam”

Oxşar xəbərlər