top
Asif Məmmədov: “Bizim başqa çıxış yolumuz da yoxdur” - MÜSAHİBƏ İdman.biz
03 sentyabr 2024, 14:55
- ↺ +

Asif Məmmədov: “Bizim başqa çıxış yolumuz da yoxdur” - MÜSAHİBƏ

"Qəbələ"nin kapitanı Asif Məmmədov gabalafc.az-a müsahibə verib.

İdman.biz xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yeni mövsümə hazırlığı dəyərləndirib və komandanın məqsədindən danışıb.

- Komandanın hazırlıq prosesi necə gedir?

- Hazırlıq istədiyimiz səviyyədədir. Əvvəldən necə fikirləşmişdiksə, o cür də davam edirik. Şükür ki, indiyə qədər zədəli oyunçumuz da yalnız bir nəfər olub. Bu günə qədər problemsiz addımlamışıq. Ümid edirəm ki, bundan sonra da hər şey istədiyimiz kimi olar və hazırlıq prosesini başa çatdırıb çempionata maksimum güclə start verərik.

- Yoldaşlıq görüşlərində komandanın göstərdiyi oyun necədir? Səncə, məşqçilər heyəti oyununuzdan razı qalır?

- Yoxlama oyunlarının birində heç-heçə etsək də, digərlərinin hamısında qələbə qazanmışıq. Amma təbii ki, çatışmayan bəzi nüanslar var ki, onları da məşqçilərimiz sayəsində aradan qaldıracağıq. Lakin ilkin baxışdan hər şey qənaətbəxşdir.

- Komanda daxilində abu-hava necədir?

- Komandamızda daxili abu-hava da çox yaxşıdır. Yenə deyirəm, hər şey istədiyimiz kimi keçir. Bir yoxlama oyunumuz qalıb. Ondan sonra isə artıq çempionat oyunları başlayacaq. Bir ay müddətində məşqlərimizdə fiziki və texniki tərəflər üzərində çox işlədik.

- Yəqin ki, futbolçular, həmçinin də inzibati heyət olaraq əsas məqsəd yenidən Premyer Liqaya yüksəlməkdir...

- Nəinki futbolçular, məşqçilər heyəti, inzibati heyət, hətta avtobus sürücüsündən tutmuş qaldığımız otelin işçilərinə kimi hamı buna inanır, bu məqsədə köklənib. Çünki, bizim başqa çıxış yolumuz da yoxdur. "Qəbələ" harada lazımdır, hara layiqdirsə, orda olmalıdır.

- Necə düşünürsən, komanda hazırda bu potensialda, rəqabətə hazır durumdadırmı?

- Bəli. Rəhbərlik tərəfindən də nə lazımdırsa təşkil olunub. Kaxaber Tsxadadze kimi baş məşqçinin burda saxlanılmasından elə hər şey bəlli idi ki, komanda yalnız çempionluq uğrunda vuruşacaq.

- Heyətdə sizin kimi təcrübəlilərlə yanaşı, gənc, akademiya yetirməsi olan futbolçular və legionerlər də var. Münasibətdə anlaşma, psixoloji durum necədir?

- Qeyd etdiyiniz kimi, təcrübəli futbolçular olaraq hər birimiz əlimizdən gələni edirik ki, yeni gələn legionerlər, gənc oyunçular komandaya tez adaptasiya olsunlar. Legionerlər sıxılmasınlar. Baş məşqçimiz də elə biridir ki, onun rəhbərliyi altında başqa cür ola da bilməz. O da əlindən gələn hər şeyi edir. Təcrübəli futbolçular olsa da, meydanda hər birimiz eyni pillədə olmuş oluruq. Ona görə bu hər birimiz baş məşqçinin verdiyi tapşırıqlara sözsüz əməl etməliyik. Məncə, hər kəs də buna hazırdır.

- Yəqin ki, gənc futbolçular da təcrübələrinizdən yararlanır...

- Bəli, istər meydanda, istərsə də, meydandan kənarda əlimizdən gələn dəstəyi veririk ki, özlərini peşəkar futbolçu kimi hiss etsinlər, bu cür davransınlar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Oxşar xəbərlər