top
Asif Əliyev 70 Yaşında: Futbolla Nəfəs Alıram, Ömrümün Sonuna Qədər Futbolda Qalacağam Sport24.az
10 fevral 2026, 13:00
- ↺ +

Asif Əliyev 70 Yaşında: Futbolla Nəfəs Alıram, Ömrümün Sonuna Qədər Futbolda Qalacağam

Azərbaycanın veteran futbolçusu Asif Əliyevin bu gün 70 yaşı tamam olur. Sport24.az bu məqsədlə yubilyardan müsahibə alıb.

- Doğum gününüzü təbrik edirik. 70 yaşa çatanda geriyə baxıb nə ilə daha çox fəxr edirsiniz?
-Məni unutmadığınız üçün sizə təşəkkür edirəm. Doğum günündə məni yada salanalara, təbrik edənlərə çox sağ ol deyirəm. Futboll yaşayıram, nəfəs alıram, ölənə kimi də belə davam edəcək. Çox istəyirəm ki, Azərbaycan futbolu daim irəli getsin, digər komandalarımız da "Qarabağ" kimi ölkəmizi, futbolumuzu hər yerdə tanıtsınlar. Millimizə uğurlar arzulayıram. Ömrümün sonunadək futbolda qalmaq istəyirəm. 

- Futbola ilk addımınızı necə xatırlayırsınız? Kim sizi bu yola yönəltdi?
- Futbola o vaxt Kirovabad adlanan Gəncədə, "Lokomotiv" klubunda başlamışam. Həyətdə futbol oynayırdım. Uşaqlar belə komanda olduğunu dedilər. Mən də getdim. Ondan sonra "Dinamo" üz tutdum. Orada məni sınadılar və 1975-ci ildə əsas komandaya cəlb etdilər. Böyük futbolda ilk addımlarımı məhz bu komandada atmışam.

- Daha sonra "Neftçi"yə keçdiniz. Bu klubdakı illəriniz sizin üçün nə ifadə edir? O dövrdən hansı xatirələr daha əzizdir?
- 1976-cı ildən 1985-ci ilədək "Neftçi"nin formasını geyinmişəm. Məni komandaya götürəndə ölkənin bir nömrəli klubu I Liqada çıxış edirdi. 1977-ci ildə isə güclülər dəstəsinə yüksəldik. "Neftçi"nin heyətində 200-dən çox oyunda 30-dan çox qol vurmuşam. Ardınca 1985-ci ildə "Dinamo"ya qayıtdım. Gəncə təmsilçisində isə 90-a yaxın qolla yadda qalmışam. Fubolçu karyerasını bitirəndə də bu idman növünün inkişafı üçün çalışmışam. Kazbek Tuayevin məktəbində işləmişəm. "Neftçi"də də baş məşqçi kimi çalışmışam.

- O dövrün futbolu ilə bugünkü futbol arasında əsas fərqlər nələrdir?
- Çoxdur. O vaxt tamam başqa futbol var idi. İndi isə fərqlidir. Bizim dönəmimizdə belə futbol oynanılmırdı. Fikrimcə, o, dönəmdə yaradıcı və texniki cəhətdən yüksək keyfiyyətə malik futbolçuların sayı daha çox idi. Məncə, bizim vaxtımız futbol oynamaq daha çətin idi.

- Birlikdə oynadığınız ən unudulmaz futbolçular kimlərdir?
- Bir çoxu rəhmətə gedib. Allah rəhmət eləsin. Anatoli Banişevski, Əli Rəhmanov, Tofiq Abbasov. Onlarla eyni klubda olduğum üçün fəxr edirdim. Mən həmin vaxt nisbətən cavan idi. Asəf Namazovu da nümunə göstərə bilərəm.

- Sizcə Azərbaycan futbolu son 40–50 ildə necə dəyişib?
- Çox dəyişikliklər olub. Adi bir nümunə: hərəmizin bir böyük çantamız var idi. Bizə lazım olan bütün ləvazımatları, formaları ora yığırdıq. Bütün əziyyəti özümüz çəkirdik. İndiki futbolçular "hazıra nazir"dir. İndikilər üçün demək olar, hər cür şərait yaradılıb. Amma bəziləri bunun qədrini bilmir, vaxtlarını keçirirlər. Sanki, futbolun, məşqin tez bitməsini istəyirlər. Butsların, formaların tullayırlar, heç maraqlanmırlar. Biz bunları özümüz edirdik. Çox əziyyət çəkmişik. İndikilər telefonu əllərinə alıb, qulaqcıq taxıb oyuna gəlirlər. Paltardəyişmə otaqlarında hər şey əvvəlcədən hazır olur. İndi tamam başqa futboldur.

- Milli komandamızla bağlı ümidləriniz və narahatlıqlarınız...
- Bu ay Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olacaq. Ayxan Abbasova və futbolçulara uğurlar arzulayıram. Gözəl futbol, qələbələr gözləyirik. Biz də azarkeşlik edəcəyik. Futbolumuzun inkişafını istəyirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 19:02

"LANDAU Lions"un basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda həftənin bombardiri seçildi

Futbol
Bu gün, 18:59

Martin Subimendi "Atletiko"dan heç kimin onunla danışmadığını bildirib

Futbol
Bu gün, 18:48

Andrey Demçenko Qazaxıstanın "Jenis" klubuna baş məşqçi qayıtdı

Boks
Bu gün, 18:47

Məhəmməd Abdullayev Budapeştdə +90 kq-də Gilbert Kabamba ilə qarşılaşacaq;

Cüdo
Bu gün, 18:36

IJF Zaqreb Qran-Prisində Uşanqi Kokaurinin əsas rəqibi Kənan Nəsibov olduğunu açıqladı

Minifutbol
Bu gün, 18:30

Futsal Yüksək və Birinci Liqaların 2026/2027 mövsümünün püşkatma mərasimi 19 noyabrda

Futbol
Bu gün, 18:29

Dirk Kuyt-ın Utrecht klubundan məşqçi təklifi

Futbol
Bu gün, 18:25

Lamin Yamal UEFA Millətlər Liqasının noyabr oyunlarını diz zədəsi səbəbindən buraxa bilər

Futbol
Bu gün, 18:12

Kristal Pelas baş məşqçisi Pyer Sajı cəmi 5 ay sonra azad etdi

Digər
Bu gün, 18:09

Azərbaycan karateçiləri Gənc və Uşaq İdmançılarından ibarət milliləri Tbilisidə "Tbilisi Open 2026" beynəlxalq turnirində mübarizə aparacaq;

Futbol
Bu gün, 18:02

Neftçi U-19-U-15 komandaları üçün antidopinq seminarı keçirildi

Futbol
Bu gün, 18:00

Bologna müdafiəçisi Xuan Miranda Juventusun radarına düşüb

Qarabağ FK
Bu gün, 17:56

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Yassin Benzia “Moludiya”nın transfer hədəfi

Futbol
Bu gün, 17:43

Barselona"nın 19 yaşlı futbolçusu Mark Bernal valideynlərini işdən azad etdi

Futbol
Bu gün, 17:40

Danimarkalı mütəxəssis Tomas Frank, Crystal Palace baş məşqçisi ola bilər

Boks
Bu gün, 17:39

Gülər Hüseynova: Yeniyetmələrin Olimpiya Oyunlarında qadın boksunda gümüş medal qazanaraq tarixi imza atdı

Futbol
Bu gün, 17:33

Arsenal yetirməsi Cek Talbotla ilk peşəkar müqavilə imzaladı

Futbol
Bu gün, 17:28

Füzuli Məmmədov milli fasilədə test oyunları və hazırlıq planlarını açıqladı

Futbol
Bu gün, 17:20

PSV, De Bruyne-ı qış transferində almaq istəyir

Futbol
Bu gün, 17:13

Kristal Pelas" baş məşqçisi Pyer Sajla yolları ayırdı

Futbol
Bu gün, 17:13

MOİK "Sumqayıt"la yoxlama oyunu keçirəcək

Cüdo
Bu gün, 17:05

İşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan ikinci pillədə qərara gəldi

Gimnastika
Bu gün, 17:00

Gəncə Olimpiya İdman Kompleksində Açıq Bölgə Bədii Gimnastika Yarışı

Qarabağ FK
Bu gün, 17:00

"Qarabağ"ın zədəlilərindən Bəhlul Mustafazadə qayıtdı, Elvin Cəfərquliyev isə "Kəpəz"ə qarşı oyun iştiraka bilməyəcək

Oxşar xəbərlər