Ukrayna millisinin futbolçusu Artyom Dovbik İtaliyanın "Roma" klubundan ayrılmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
28 yaşlı hücumçu komandasını dəyişmək niyyətindədir və artıq agenti ilə müzakirə də aparıb.
Qeyd edək ki, forvard cari mövsüm "Roma"nın heyətində doqquz oyuna çıxıb, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Dovbikin paytaxt təmsilçisi ilə 2029-cu ilin yayınadək müqaviləsi var.