top
Artim Şakiri: Qarabağın Liona qalib gəlmək üçün çox yaxşı şansı var - MÜSAHİBƏ İdman.biz
28 noyabr 2024, 12:26
- ↺ +

Artim Şakiri: "Qarabağ"ın "Lion"a qalib gəlmək üçün çox yaxşı şansı var" - MÜSAHİBƏ

"Qarabağ"ın veteran futbolçusu Artim Şakiri Sportal.az saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, Şimali Makedoniya futbolunun əfsanəsi bu gün Avropa Liqasının 5-ci turu çərçivəsində "Lion"a qarşı keçiriləcək görüşdə Ağdam klubunun şanslarını yüksək qiymətləndirib.

- "Qarabağ" bu gün "Lion"la qarşılaşacaq. Bu görüşdə Azərbaycan çempionunun şanslarını necə qiymətləndirirsən?
- Düşünürəm ki, "Qarabağ"ın bu gün "Lion"a qalib gəlmək üçün çox yaxşı şansı var. Amma təbii ki, bunu meydana çıxacaq oyunçular reallaşdırmalıdır. Oyun çox çətin və ağır olacaq. Çünki "Lion" özü də çox güclü komandadır. Lakin mən "Qarabağ"a çox güvənirəm.

- "Qarabağ" bundan əvvəlki turda "Bodo-Qlimt"ə qalib gəlmişdi. Yəqin ki, bu qələbə "Qarabağ"a böyük motivasiya verib?
- "Qarabağ" Premyer Liqada da uğurlu çıxış edir. Avrokuboklarda da qələbə qazandılar. Fikrimcə, onlarda motivasiya sarıdan heç bir problem yoxdur. "Qarabağ" Azərbaycan Premyer Liqasında çox uğurlu çıxış edir. Bunun da nəticəsində illərdir ki, çempion olurlar.

- "Qarabağ"ın əsas oyunçuları Marko Veşoviç zədəsini tam sağaldıb, ötən turda vərəqə cəzalısı olan Julio Romao da oynaya biləcək. Ümumiyyətlə, Veşoviçin yoxluğu əvvəlki avrokubok oyunlarına nə dərəcədə təsir etdi?
- Həmişə və hər bir klub komandaya kömək etmək üçün istənilən vaxt istənilən mövqeni əvəz etmək üçün 25-dən çox oyunçu alır. "Qarabağ"da da oyunçu sayı az deyil. Doğrudur, aparıcı oyunçular çoxdur. Amma komandada rotasiya üçün futbolçular da var. Onlar da meydana çıxanda digərlərini əvəzləyə bilir.

- Azərbaycan çempionu pley-off qrupundan ən azı bir xal qalıb. Onların bu nəticəyə nail olacağına inanırsan?
- Ola bilər ki, komanda hazırda 29-cu pillədədir. Amma mən "Qarabağ"ın pley-offa çıxacağına inanıram. Çünki onların buna gücü çatar. Sadəcə ilk turlarda şanssızlıq nəticəsində komanda xalsız qalmışdı. Bundan sonrakı görüşlərdə də "Qarabağ"ın uğurlu nəticələr qazanacağına inanıram.

- "Qarabağ" yeni formatlı Avropa Liqasına uyğunlaşmaqda çətinlik çəkdi, yoxsa bu daha uğurludur?
- Təkcə "Qarabağ" üçün yox, bütün komandalar yeni formata uyğunlaşmaqda çox çətinlik çəkirlər. Hər halda, bu da anlaşılandır. Çünki illərdən sonra yeni formata keçdilər. İstənilən halda, ümidvaram ki, hər şey yaxşı olacaq. "Qarabağ"ın da xallar toplayaraq uğurlu çıxışa keçəcəyinə inanıram.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Basketbol
Bu gün, 17:54

NTD baş məşqçisinin məğlubiyyət izahı: Təcrübəsizlik və top itkiləri

Futbol
Bu gün, 17:39

Kriştianu Ronald "Stuntnuts" filmində prodüser olacaq

Voleybol
Bu gün, 17:25

Murov Az Terminal qadın voleybol komandası UNEC-i 3-1 hesabıyla məğlub etdi

Futbol
Bu gün, 16:59

Roma, Çelsi'dən Jamie Gittens'i icarəyə götürməyə yönəldir

Futbol
Bu gün, 16:59

Milan futbolçusu Dieqo Moreyra Ronaldu nümunə hesab edir

Futbol
Bu gün, 16:43

Kocaelispor, Eyüpspor qarşısında 2:0 qələbə qazanaraq cədvəldə beşinci yerə yüksəldi

Voleybol
Bu gün, 16:38

“Turan” qadın voleybol klubu Avropa Kubokunda ikinci mövsümündə yaxşı nəticələr əldə edib - Yelizaveta Rubanın açıqlaması

Futbol
Bu gün, 16:00

Leroy Sanenin karyerasını MLS-də davam etdirmək ehtimalı yüksəkdir

Futbol
Bu gün, 15:59

İtaliya media Lorenzo Mezzoteronun Azərbaycan milli komandasına çağırılmasına reaksiyalar göstərdi

Futbol
Bu gün, 15:56

Şəfa və Araz Naxçıvanın matçı 15 dəqiqə gec başlayacaq

Oxşar xəbərlər