top
Artim Şakiri: Qarabağın Avrokuboklardakı çıxışı, Premyer Liqaya fokuslanma və çempionluq mübarizəsi Idman.biz
24 fevral 2026, 16:11
- ↺ +

Artim Şakiri: "Qarabağ"ın Avrokuboklardakı çıxışı, Premyer Liqaya fokuslanma və çempionluq mübarizəsi

""Qarabağ" artıq Premyer Liqaya fokuslanmalıdır".

Bunu "Qarabağ"ın sabiq futbolçusu Artim Şakiri sportal.az-a müsahibəsində deyib.

Şimali Makedoniya millisinin sabiq kapitanı Ağdam klubunun avrokuboklardakı çıxışını dəyərləndirib.

Həmin müsahibəni təqdim edirik.

- "Qarabağ"ın çıxışını daim izlədiyinizi bildiyim üçün soruşuram, bu gün sabiq komandanız "Nyukasl"la cavab görüşündə daha layiqli mübarizə və nəticə göstərə biləcək?

- "Nyukasl"la ilk oyundan əvvəl də demişdim ki, bu oyun indiyə qədərki istənilən oyundan daha çətin olacaq. Oyunçular klubun nüfuzu üçün mübarizə aparmalı və oynamalıdırlar. Əminəm ki, "Qarabağ" bu gün gecə sona qədər oynayacaq, inamlı və mübariz şəkildə. İlk görüşə gəldikdə, "Qarabağ" Bakıda yalnız pis gününündə olduğunu sübut etməlidirlər.

- Bakıdakı görüşdə 1:6 hesablı məğlubiyyətə əsas səbəb nə idi? "Nyukasl" ilk dəqiqədən 45-ci dəqiqəyə qədər böyük təzyiqlə oynadı və hətta hesab daha da ağır duruma gələ bilərdi...

- Doğrudur, oyun çox çətin başladı və daha ağır alına bilərdi. Oyunu izləyirdim. "⁠Nyukasl" üçün ilk dəqiqədən hər şey çox yaxşı başladı. Bilirsiz, onlar Premyer Liqa klubudur. Hansı ki, dünyanın ən yaxşı liqasından gəlirlər. Bunun da təsiri var. Hər halda, hər tur yüksək tempdə oynayırlar. ÇL-də də bunu tətbiq edirlər.

- "Çelsi" ilə Bakıdakı 2:2 hesabını nəzərə almasaq, "Qarabağ" bundan əvvəl Londonda "Çelsi"yə 0:6, bu mövsüm "Liverpul"a 0:6 və Bakıda "Nyukasl"a 1:6 uduzdu. Demək olar ki, "Qarabağ"ın ən çox çətinlik çəkdiyi ölkə təmsilçiləri məhz İngiltərə Premyer Liqasının klublarıdır?

- Bayaq bildirdim ki, İngiltərə Premyer dünyanın ən güclüsüdür. Adını çəkdiyiniz bütün komandalar da İngiltərəni təmsil edirlər. Hər biri çətin komandalardır. Onların oyun sürəti, tempi fərqlidir. İstənilən halda, hər bir futbolçu hər zaman sona qədər oynamalıdır. Məncə, bunu edəcəklər.

- "Qarabağ"ın ümumiyyətlə bu mövsümkü avrokuboklar performansını necə dəyərləndirərdiniz? Sizin üçün sürpriz oldu, yoxsa daha da irəliləmək mümkün idi?

- "⁠⁠Qarabağ" bu il çox yaxşı oynadı. Onların Çempionlar Liqasında bura qədər gəlməsi, nəticələri mənim üçün təəccüblü deyildi. Çünki onların bu yerlərə necə gəlib-çıxdığını bilirəm. Bəlli sistem var idi, klub rəhbərliyi, məşqçilər korpusu və futbolçular birlikdə bu uğurları əldə etdilər.

- "Qarabağ" artıq Avropada yəqin ki, çıxışına yekun vuracaq. Ondan növbəti görüşünü Premyer Liqada "Sabah"a qarşı oynayacaq. Çempionluq mübarizəsi bu iki klub arasında gedir. Adətən deyirlər ki, "Qarabağ" Avropadakı çıxışını yekunlaşdırdıqdan sonra yerli klublara həmişə çətin olur. Sizcə bu dəfə də belə olacaq?

- Əlbəttə, "Qarabağ" artıq Premyer Liqaya fokuslanmalıdır. Hər halda, çempion olub, yenidən Çempionlar Liqasında oynamaq üçün bunu etməlidirlər. Əminəm ki, "Qarabağ" bunun üçün də sona qədər mübarizə aparacağıq. "Qarabağ" bir neçə cəbhədə oynayır, fərqli turnirlərdə oynamaq həm yaxşıdır, həm də yorğunluq da olur. Ancaq inanıram ki, "Qarabağ" bütün çətinliyə rəğmən, liqada da istədiyi nəticəyə çatacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər