"Roma"nın ukraynalı hücumçusu Artem Dovbik karyerasını A Seriyasının digər klubunda, "Napoli"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsionun sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Napoli" hücumçusu Lorenzo Lukka ilə yollarını ayırmaq və daha sonra heyətini Dovbiklə gücləndirmək istəyir. Lukkanın xidmətində isə Portuqaliya "Benfika"sı maraqlıdır.
Qeyd edək ki, 28 yaşlı Dovbik bu mövsüm "Roma"nın heyətində 16 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" ukraynalı hücumçunu 20 milyon avro dəyərində qiymətləndirir.