İngiltərə millisinin sabiq üzvü Rahim Sterlinq "Arsenal"da qalmayacaq. Sport24.az xəbər verir ki, "Çelsi"nin vingeri "Arsenal"la icarə müqaviləsi başa çatdıqdan sonra "zadəganlar"ın düşərgəsinə qoşulacaq.
"Topçular" 30 yaşlı ingilisin transfer hüququna yiyələnmək niyyətində deyil.
Sterlinq ötən mövsüm "Arsenal"ın heyətində 28 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.