"Valensiya"nın ispan müdafiəçisi Kristian Moskera London "Arsenal"ına keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər arasında razılığın əldə olunmasına bir addım qalıb. "Arsenal" artıq futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Qeyd edək ki, Moskera ötən mövsüm La Liqada 37 oyun keçirib və 1 qol vurub. "Transfermarkt" portalı 21 yaşlı futbolçunu 30 milyon avro qiymətləndirir.