İngiltərənin "Arsenal" klubu qışda iki futbolçusu ilə yollarını ayıra bilər.
"Report"un "Football Insider"a istinadən məlumatına görə, bunlar Qabriel Jezus və Leandro Trossardır.
London təmsilçisi növbəti transfer dönəmində hər iki oyunçunu satmaq niyyətindədir.
Qeyd edək ki, Jezus 2024/2025 mövsümündə 27 matçda 7 qol, 2 məhsuldar ötürmə, Trossar isə 56 qarşılaşmada 10 qol və 10 assistlə yadda qalıb.
Arsenal klubu Qabriel Jezus Leandro Trossar assist