"Arsenal" klubu İngiltərə futbolunda yeni rekorda imza atıb.
"Report" "Opta Sport"a istinadən xəbər verir ki, London təmsilçisi buna Liqa Kubokunun IV turunda "Brayton"a 2:0 hesabı ilə qalib gəlməklə nail olub.
"Topçular" Premyer Liqada çıxış edən komandalar arasında bir ay ərzində ardıcıl 6 matçda qol buraxmadan qələbə qazanan ilk kollektivdir.
"Arsenal" daha əvvəl elitada "Kristal Pelas"ı (1:0), "Fulhem"i (1:0), "Vest Hem"i (2:0), UEFA Çempionlar Liqada "Atletiko"nu (İspaniya) və "Olimpiakos"u (2:0) üstələyib.