İngiltərə Premyer Liqasının 10-cu turunda "Bernli" "Arsenal"ı qonaq edib.
İdman.Biz bildirir ki, "topçular" görüşdə 2-0 hesabı ilə qalib gəliblər.
14-cü dəqiqədə hesabı Viktor Dyökereş açıb, 35-ci dəqiqədə isə Deklan Rays komandanın üstünlüyünü ikiqat artırıb.
Bu oyundan sonra "Bernli" 10 xalla 17-ci yerdə, "Arsenal" isə 25 xalla birinci yerdədir.
Növbəti turda "Bernli" 8 noyabrda "Vest Hem Yunayted"lə, "topçular" isə həmin gün "Sanderlend2lə qarşılaşacaq.