"Palmeyras"ın müdafiəçisi Luis Benedetti karyerasını Avropada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 19 yaşlı braziliyalı ilə "Arsenal", "Barselona" və "Napoli" maraqlanır.
Qeyd edək ki, Benedetti cari mövsümdə Brazliya klubunun heyətində bütün turnirlərdə 18 oyun keçirib və 2 qol vurub.