"Liverpul"un çalışdırıcısı Arne Slot məşqçilik karyerasının ən pis dövrünü yaşayır.
İdman.biz bildirir ki, niderlandlı mütəxəssisin rəhbərlik etdiyi "Liverpul"" Premyer Liqanın 7-ci turunda səfərdə "Çelsi"yə 2:1 hesabı ilə uduzub.
Buna qədər mersisaydlılar Premyer Liqada "Kristal Pelas"a 2:1, Çempionlar Liqasında isə "Qalatasaray"a 1:0 hesabı ilə uduzmuşdu.
Arne Slot məşqçilik karyerasında ilk dəfə bütün yarışlarda ardıcıl üç matçda məğlub duruma düşüb. O, "Liverpul"a qədər "AZ Alkmaar" və "Feyenoord" klublarını da çalışdırıb.