"Liverpul"un baş məşqçisi Arne Slot komandanın "sükanı arxasında" olduğu ilk mövsümdə İngiltərə Premyer Liqasının qalibi olub. Sport24.az xəbər verir ki, 46 yaşlı mütəxəssisin komandası Premyer Liqanın 34-cü turunda "Tottenhem"i darmadağın edərək (5:1) finişə 4 tur qalmış birinci yeri təmin edib.
Beləliklə, Arne Slot məşqçilər arasında Premyer Liqanın üçüncü ən gənc qalibi olub. Yalnız Joze Mourinyo (42) və Kenni Dalqliş (44) İngiltərədəki çempionluğu zamanı ondan kiçik olub.
Qeyd edək ki, Mourinyo ilk dəfə 2004/05 mövsümündə "Çelsi"ni çempionluğa daşıyıb. Ümumilikdə portuqaliyalının İngiltərədə 3 çempionluğu var. Komanda ilə 4 dəfə çempionluq sevinci yaşayan Kenni Dalqliş isə ilk dəfə 1985/86 mövsümündə "Liverpul"la qızıl medallara sahib çıxıb.
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.