top
Arif Əsədovdan turun DƏYƏRLƏNDİRMƏSİ İdman.biz
25 noyabr 2024, 15:06
- ↺ +

Arif Əsədovdan turun DƏYƏRLƏNDİRMƏSİ

"Kəpəz" - "Araz-Naxçıvan" matçında favorit Naxçıvan təmsilçisi olsa da, ev sahiblərinin son dönəmlərdəki irəliləyişi göz önündədir".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

O, Azərbaycan Premyer Liqasının 14 turunda baş tutan matçları şərh edib. Əsədov bildirib ki, "Kəpəz" - "Araz-Naxçıvan" (0:2) maraq böyük olub: "Oyun onu göstərdi ki, qonaqların ardıcıl qələbələri təsadüfi deyil. Komanda artıq yaxşı formalaşıb. Avrokuboka vəsiqə qazanmağa namizədlərdən biridir. Bu baxımdan artıq hər kəs "Araz-Naxçıvan" gücünə bələd olmalıdır".

Millinin sabiq məşqçisi "Səbail" - "Qarabağ" (0:3) qarşılaşmasında isə Ağdam təmsilçisinin gücünü şərh etməyə ehtiyacın olmadığını deyib: "Hər şey açıq-aydın ortada idi. "Səbail"də futbolçu qıtlığı var. Zədəli oyunçuları da çoxdur. Bu səbəbdən "Qarabağ" matça sanki test oyunu kimi çıxmışdı. Əsas futbolçularını meydana buraxmışdı. Avropa Liqasında növbəti görüşə hazırlaşırdı. Düzdür, ilk dəqiqələr "Qarabağ" üçün çətin oldu. Fikrimcə, bu meydança ilə bağlı idi. "Səbail" taktiki baxımdan oyununu düzgün qurmuşdu. Cavid Hüseynov hiss olunurdu ki, "Qarabağ"ı yaxşı analiz edib. Buna görə də daha çox komanda kompakt oynamağa çalışırdı. Lakin heyətdəki yorğunluq hiss olunurdu".

Onun sözlərinə görə, "Neftçi" - "Zirə" (2:1) duelində hər iki tərəf üçün 3 xal vacib olsa da, "ağ-qaralar" bunu bacarıblar: "Qonaqlar qalib gəlsəydilər, liderlər qrupuna yaxınlaşacaqdılar. "Neftçi" isə son pillələrdən qurtulmalı idi. Oyunda bərabər səviyyəli keçdi. Amma Bakı təmsilçisi imkanlarından lazımınca istifadə edib, qələbəsini rəsmiləşdirdi".

Əsədov bildirib ki, "Sumqayıt" - "Şamaxı" (1:2) görüşü oyun baxımından daha yaxşı alınıb: "Hesabı qonaqlar açsalar da, "Sumqayıt" təzyiqi artırdı. Hiss olunurdu ki, qol da vuracaq və bunu da bacardı. Geridönüşlə qələbə qazandı. "Sumqayıt"da da Vaqif Cavadov gələndən sonra yaxşıya doğru dəyişəkliklər var".

Təcrübəli mütəxəssis turun mərkəz görüşlərindən birində - "Turan Tovuz" - "Sabah" (1:1) qarşılaşmasında xalların yarı bölünməsini hər 2 tərəf üçün itki adlandırıb: "Burda da komandalar üçün 3 xal vacib idi. İlk hissədə üstün olan "Turan Tovuz" ikinci 45 dəqiqənin startında fərqləndi. Lakin hesabı qoruya bilmədi və komandalar 1 xalla kifayətləndilər".

Qeyd edək ki, turnir cədvəlinə rəqiblərindən 1 oyun az keçirən "Qarabağ" başçılıq edir. Onların aktivində 34 xalı var. Ağdam təmsilçisindən 1 xal geri qalan "Araz Naxçıvan" ikinci pillədə qərarlaşıb. "Üçlüy"ü 27 xalla "Turan Tovuz" qapayır.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Oxşar xəbərlər