top
Arif Əsədov U-21 yığmasına baş məşqçi təyin olunacağı xəbərlərinə aydınlıq gətirdi: AFFA-dan təklif yoxdur Idman.biz
29 sentyabr 2025, 17:53
- ↺ +

Arif Əsədov U-21 yığmasına baş məşqçi təyin olunacağı xəbərlərinə aydınlıq gətirdi: AFFA-dan təklif yoxdur

Azərbaycanın tanınmış futbol mütəxəssisi, milli komandamızın sabiq baş məşqçisi Arif Əsədov AFFA-nın Azərbaycan U-21 yığmasını çalışdırmaq üçün ona təklif göndərdiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Arif Əsədov İdman.biz-ə açıqlamasında bildirib ki, ona bu məsələ ilə bağlı heç nə deyilməyib.

O, gənclər komandası üzrə baş məşqçi postuna namizəd olduğu barədə yayılan məlumatları şərh edərək deyib:

"AFFA-dan mənə hələ heç bir təklif daxil olmayıb. İndi hansı post boşalsa, dərhal heç bir yerdə çalışmayan məşqçi ora yaraşdırılır (gülür – Red.). Amma bir daha deyirəm, heç kim mənimlə əlaqə saxlamayıb".

Arif Əsədov "belə bir təklif gəlsə, cavabınız nə olardı?" deyə sual ünvanladıq.

"Hələ bu barədə danışmayaq. AFFA-dan təklif gələndə bu haqda danışaq", - deyə mütəxəssis sualı cavablandırıb.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, AFFA gənclər yığmasının baş məşqçisi Ayxan Abbasovla razılığa gəlib və yaxın zamanlarda o, milli komandamızın baş məşqçisi elan olunacaq. Bunun ardından assosiasiya U-21 komandası üçün yeni baş məşqçi axtarışına başlayıb. Namizədlər sırasında sabiq köməkçi məşqçi, italyan Cianni De Byazi və 2020–2023-cü illərdə Azərbaycan millisində çalışan Arif Əsədov da yer alır.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı seçmə mərhələsi çərçivəsində İslandiya millisinə 0:5 hesabı ilə məğlubiyyətdən sonra portuqaliyalı Fernando Santuş millinin baş məşqçi postundan uzaqlaşdırılıb. Növbəti seçmə oyunda – Ukraynaya qarşı (1:1) komandaya Ayxan Abbasov rəhbərlik edib. Millimiz növbəti iki seçmə oyununu Fransaya (10 oktyabr) və Ukraynaya (13 oktyabr) qarşı səfərdə keçirəcək.

Teymur Tuşiyev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər