top
Arif Əsədov seçmə mərhələ şanslarını dəyərləndirdi Idman.biz
12 iyun 2025, 10:44
- ↺ +

Arif Əsədov seçmə mərhələ şanslarını dəyərləndirdi

Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədovun futbolinfo.az saytına müsahibəsi

– Millimiz son yoxlama matçlarında Latviya ilə qolsuz heç-heçə etdi, Macarıstana isə 1:2 hesabı ilə uduzdu. İlk olaraq Latviya ilə görüş haqda fikrinizi bildirərdiniz…

– Görünən o idi ki, Fernandu Santuş daha çox seçmə mərhələdəki rəqibləri düşünərək, həmin oyun sistemi ilə futbolçuları meydana buraxmışdı. Tam olmasa da, 70-80 faiz optimal heyəti düşünürdü. Oyuna gəldikdə isə matçı aqressiv keçirmədik. Sadəcə, taktiki gediş görünürdü. Komandamız müdafiə olunmağa diqqət yetirir, "iki nömrə" kimi çıxış edirdi. Qol imkanlarımız da oldu, amma istifadə edə bilmədik. Pis və ya yaxşı oynadığımızı deməzdim, sadəcə, millimizdə bir az inamsızlıq hiss olunurdu. Halbuki Latviyanın gücünü nəzərə alaraq, onlara qarşı başqa oyun sistemi ilə çıxıb qələbə qazanmaq da olardı.

– İkinci oyunda isə Macarıstanla qarşılaşdıq və yenə macarlara məğlub olduq. Milli bu görüşdə necə təsir bağışladı?

– Bu görüşdə düzgün oyun sistemi seçilmişdi. Macarıstan seçmə mərhələdəki rəqiblərimiz səviyyəsində bir komanda olduğu üçün "ikinci nömrə" ilə oynadıq, heyətdə də bəzi dəyişikliklər edilmişdi. Renat Dadaşovun Mahir Emreli ilə birlikdə oynaması hücum potensialımızı da artırmışdı, top hücum xəttimizdə qalırdı. Ümumi oyun planında istəkli olduğumuz görünürdü, aqressivlik də var idi. Təbii ki, rəqibin ustalıq səviyyəsi bizdən üstün olduğu üçün oyuna onlar diktə edirdilər, bir çox qol imkanları da oldu. Amma millimiz də ara-sıra hücumlar edirdi, qol da vurduq. Hətta görüşün sonlarında hesabı bərabərləşdirə də bilərdilər. İki oyunu müqayisə etsək, macarlarla matçda komanda daha inamlı görünürdü. Bəlkə də bu, evdə, azarkeşlərimizin qarşısında oynamağımızla bağlı idi. Ancaq yenə də qalibiyyətin olmaması komandada özünə inamsızlığı göstərir.

– Fernandu Santuşun rəhbərliyi altında 10 oyunda bir qələbə yoxdur. Bunu necə dəyərləndirirsiniz?

– Bu onu göstərir ki, Santuş hələ də bizim oyunçuların tam potensialını tuta bilməyib. Düşünürəm ki, futbolçularımız hücum etməyi daha çox xoşlayırlar. Bunu Macarıstanla oyunda da gördük. Matçın sonlarına yaxın sistemdə dəyişiklik edərək daha çox hücumameyilli futbolçuları meydana buraxdı və bundan sonra millimizin oyununda canlanma hiss olundu, qol imkanları da yaratdıq. 10 oyunda qələbənin olmaması seçmə mərhələdəki oyunlarımıza mənfi təsir göstərə bilər.

– Seçmə mərhələdə bizi Fransa, Ukrayna və İslandiya ilə oyunlar gözləyir. Bu gedişlə tsikl oyunlarında fiasko ilə üzləşə bilərik?

– Düşünmürəm ki, fiasko ola bilər. Hələ vaxt var. İnanırıq ki, futbolçularımız həmin vaxt yaxşı formada olacaqlar. İndi mövsümün sonu idi, psixoloji yorğunluq təsir edir. Seçmə mərhələ oyunlarında hər şey dəyişə bilər. Bu qrupdakı komandalardan xallar götürməyə qadirik. Komandamız bunu əvvəlki illərdə də sübut edib. Bu futbolçular İsveçə və Slovakiyaya qalib gəliblər. Sadəcə, bir balaca inamsızlıq yaranıb, onu aradan götürmək lazımdır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 15:40

Azərbaycan cüdoçusu dünya çempionunu məğlub etdi

Futbol
Bu gün, 15:20

Mançester Siti üzvü Mateo Kovaçiç Fənərbaxça ilə danışıqları davam etdirir

Futbol
Bu gün, 15:15

Deşam Juventus baş məşqçiliyi üçün namizəd

Futbol
Bu gün, 15:12

Şəfa futbolçusu qara zolaqdən çıxmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:07

Manchester City futbolçusu Rayan Şerki 90 milyon avro ilə satıla bilər – Real Madrid və PSG maraqlanır

Cüdo
Bu gün, 14:57

Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğv olunma səbəbi: dizində infeksiya

Futbol
Bu gün, 14:27

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Cüdo
Bu gün, 13:57

Könül Əliyeva: Böyük Dəbilqə turnirinin çempionu olmağın sevinci və Olimpiya Oyunlarına hazırlıq

Basketbol
Bu gün, 13:42

Elşad Şirzadov: “Sabah qardaşım Şirzadla rəqib gözlə baxacağam”

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Digər
Bu gün, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Futbol
Bu gün, 12:34

U-15 Milli Yığma Əfqanıstanla Penaltıda Məğlub Oldu

Futbol
Bu gün, 12:26

Olimpiakos, Sabahın müdafiəçisi Stiv Solveti ilə müqavilə imzalamağa yönəldi

Oxşar xəbərlər