top
Arif Əsədov: Sabah”ın müdafiə xəttində problemlər ola bilər Report.az
10 iyul 2025, 16:31
- ↺ +

Arif Əsədov: "Sabah”ın müdafiə xəttində problemlər ola bilər"

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sele" ilə qarşılşacaq "Sabah"ın müdafiə xəttində problemlər ola bilər.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis komandadan müsbət nəticə gözləyr:

"Təbii ki, "Sabah"dan müsbət nəticə gözləyirəm. Düzdür, rəqib o qədər də tanınmış deyil. Amma ötənilki nəticələrinə baxsaq, ciddi və çətin olduğu haqqında fikir yaradır. "Sabah"a gəlincə, yeni baş məşqçi gətiriblər. O, qısa müddətdir komandadadır. Bu zaman ərzində nə dərəcədə uyğunlaşması, heyəti tanıması, istədiyi oyunu komandaya aşılaya bilib-bilməməsi vacib amildir. Təbii ki, komanda 100 faiz hazır olmayacaq. Gedənlər, yeni gələnlər var. Buna baxmayaraq, hansısa cizgilər görə bilərik".

O, komandaların oyun üslublarına toxunub:

"Sabah"ın baş məşqçisinin "Omoniya"da olarkən hücum futboluna üstünlük verdiyini görürdük. Komanda hər iki yoxlama oyununda qollar vurub və buraxıb. Müdafiə xəttində müəyyən problemlər ola bilər. Çünki hücum edərkən əks-hücumlarda yaxalanırlar. Bu məqam da sual doğurur. Rəqib məşqçinin ispan olması isə bu deməkdir ki, onlar da artıq İspaniya futboluna uyğun çıxış edə bilərlər. Yəni, açıq və bol qollu oyun izləyə bilərik".

A.Əsədov azarkeş amilinin də "Sabah"ın oyununa təsir edə biləcəyini deyib:

"Doğma meydan, azarkeş amili var. İlk oyundur. Azərbaycan Kubokunu qazanıblar, əhval-ruhiyyə yüksəkdir. Komandada yeni baş məşqçinin olması futbolçular üçün də motivasiyadır. Oyuna köklənəcəklər. Azarkeşlər yəqin ki, tribunları doldurarlar, çünki darıxıblar. Fasilədən sonra azarkeş amili rol oynaya bilər. Düşünürəm ki, bu oyun hər iki komanda üçün əsasən kəşfiyyat xarakteri daşıyacaq. "Sabah"ın ilk oyunda məsələni həll etmək istəyəcəyini düşünmürəm. Bir qədər ehtiyatlı yanaşa bilərlər".

Qeyd edək ki, "Sabah" - "Sele" görüşü bu gün, saat 20:00-da start götürəcək. Cavab matçı isə iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər