top
Arif Əsədov: “Qəbələ”nin “Qarabağ”dan çəkinməməsi məni təcübləndirdi” – MÜSAHİBƏ İdman.biz
05 dekabr 2024, 11:13
- ↺ +

Arif Əsədov: “Qəbələ”nin “Qarabağ”dan çəkinməməsi məni təcübləndirdi” – MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədovun İdman.biz saytına müsahibəsi

- Azərbaycan kubokunda 1/8 final mərhələsində sizin üçün ən yadda oyunu hansı oldu?

- Ən yaddaqalan "Turan Tovuz" - "Sabah" matçı oldu. Hər 2 klub kubokda sona qədər getməyə iddialı idi. Bilinirdi ki, matç çox gərgin keçəcək. Çox maraqlı görüş oldu. Amma təəssüf ki, Denis Marandiçi ağır zədə aldı. Bu, hər birimizi kədərləndirdi. Hər 2 klub bərabər səviyyəli oynadı. Sonda penalti zərbələrində psixoloji baxımdan daha yaxşı olan "Sabah" qalib gəldi.

- Ötən gün "Qarabağ" əsas heyət oyunçularını meydana buraxsa da, "Qəbələ"ni (2:0) çətinliklə məğlub etdi. Belə zəif çıxışa səbəb nədir?

- Bu matçda meydanın vəziyyəti yaxşı idi, əsl futbol abu-havası var idi. Çoxları "Qarabağ"dan böyük hesablı qələbə gözləyirdi. İlk dəqiqələrdən qol vurdular. Amma sonradan gördük ki, bu oyun "Qəbələ" üçün bir stimuldur. Onlar I Liqada liderdilər. Oyun sxemlərinin və stillərinin olduğu hiss olunur. "Qarabağ"a qarşı oyun onlar üçün imtahan idi. Daha istəkli görünürdülər. Komanda ustalıq baxımından isə "Qarabağ" üstələyirdi. Oyunun gedişində "Qəbələ"nin rahat oynaması, "Qarabağ"dan çəkinməməsi məni təcübləndirdi. Kaxabel Tsxadadzenin işinə xoş sözlər demək olar. Ola bilər ki, ağdamlılar da matça bir qədər rahat çıxmışdılar. "Qarabağ"ın əsas heyəti meydana buraxması bir növ Avropa Liqasında "Elfsburq"la matça da hazırlıq məqsədi daşıyırdı. Bu oyunda İsveçdəki sərgiləyəcəkləri oyun stili üzərində işlər gördülər.

- "Qəbələ" kimi "İmişli" də Premyer Liqa klubu "Kəpəz"ə ciddi müqavimət göstərdi. Gəncəlilərin 1:0 hesabı ilə qalib gəldikləri oyun haqqında fikirləriniz?

- Oyun çox gərgin keçdi. Xüsusi ilə də ilk 10-15 dəqiqədən sonra "İmişli" hiss etdi ki, bu rəqiblə oynaya bilər. Məşqçilər tərəfindən yaxşı oyun stili də tətbiq olunmuşdu. Hiss olunurdu ki, sistemli, strukturlu oynayırdılar. Hücumlar edirdilər və hətta qol vursalar da sayılmadı. Sonda verilən penalti isə haradasa, şübhə doğururdu. Amma qərar hakimindir. Bu 11 metrlik cərimə zərbəsi ilə "Kəpəz" qələbə qazandı. "İmişli"yə sərgilədiyi oyun üçün alqışlar düşür. Onlar Premyer Liqaya yüksəlmək üçün əsas namizədlərdəndir.

- I Liqa klublarından MOİK isə "Sumqayıt"a çətinlik yaratdı. Kimyaçılar yalnız əlavə vaxtda 2 qol vuraraq qalib gəldi. Vaqif Cavadovun komandasının matça ciddi yanaşmadığını deyə bilərik?

- MOİK - "Sumqayıt" matçı da gərginliyi ilə seçildi. I Liqa komandaları belə matçlarda çalışırlar ki, özlərini göstərsinlər. Futbolçular da Premyer Liqada oynamağa layiq olduqlarını sübut etməyə çalışırlar. Bu baxımdan I Liqa komandaları çətinliklər yaradır.

- "İmişli" və "Qəbələ"nin oyunlarına baxdıqda heç düşündünüzmü ki, bu klublar Misli Premyer Liqasında mübarizə apara bilərlər?

- Həm "İmişli", həm də "Qəbələ"ni izləyərək gördük ki, artıq I Liqada səviyyə qalxıb. Daha çox yerli futbolçular bu liqada oynayır. Bu da müsbət haldır. Premyer Liqa klubları oradan özlərinə oyunçu transfer edə bilərlər. Üstəlik "İmişli" və "Qəbələ" ilə bərabər MOİK və "Karvan"ın da gələn il Premyer Liqada çıxış etmək üçün gördükləri işlər hiss olunur.

- 2 Premyer Liqa klubu "Zirə" və "Şamaxı"nın duelində birincilər 3:1 hesabı ilə qələbə qazandılar. Rəşad Sadıqovun komandasının kubokda şanslarını necə dəyərləndirirsiz?

- "Zirə"-"Şamaxı" matçı da "Turan Tovuz"un "Sabah"la qarşılaşması kimi maraqlı idi. Çünki 2 Premyer Liqa klubu üz-üzə gəlirdi. Onlar da burada axıra kimi getməyə iddialı idi. İlk hissə "Zirə"nin üstünlüyü ilə keçdi. 2 qol vurdular. Amma bundan sonra "Şamaxı" özünə gəldi və matç daha maraqlı oldu. Bölgə təmsilçisi 3-cü qolu buraxdıqdan sonra artıq bu cütün taleyinə də aydınlıq gəldi. "Zirə"ni kubokda finala yüksələ biləcək komandalardan biri sayıram.

- "Neftçi" "Difai" ilə matçda 6:0 hesablı inamlı qələbə qazandı. Bu qalibiyyət "ağ-qaralar"ın gələcək matçlarına işıq ola bilərmi?

- "Neftçi"nin qələbəsi gözlənilən idi. "Difai" I Liqada da son sıralarda gedir. Ancaq bu komandada baş məşqçi kimi Xəqani Məmmədovun gəlişindən sonra irəliləyiş hiss olunur. Böyük hesabla məğlubiyyətə baxmayaraq, bəzi epizodlarda məşqçi işi görünürdü. Amma təbii ki, "Neftçi"nin ustalıq səviyyəsi sonda öz sözünü dedi. Bu tipli oyunlar komandanın oyununu yaxşılaşdırmaq baxımından da önəmlidir. "Neftçi" bu matça ciddi yanaşmışdı. Oyuna yaxşı köklənmişdilər. İnamlı zəfər sahəsində "ağ-qarlar" qələbə ruhunu çempionat oyununa da daşıya bilərlər. Bu baxımdan matç bakılıların xeyrinə oldu.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

Qallas William Salibanın Real Madriddə keçə biləcəyini açıqladı

Futbol
Bu gün, 06:13

Albiol: Mourinyonun məşqçilik yanaşması dəyişib, artıq əvvəlki kimi deyil

Futbol
Bu gün, 05:14

Bellinqem 16 yaşlı istedadlı Cey Cey Gabrielı Real Madridə gətirir

Futbol
Bu gün, 04:10

Lester klubunun titul sponsorunun pornoaktrisa ilə əməkdaşlığına azarkeşlər etiraz edir

Futbol
Bu gün, 03:12

Portuqaliya prezidentindən Cristiano Ronaldoya veda mesajı: 'Xalqımız sənin yanındadır'

Futbol
Bu gün, 02:39

PSJ qış transfer pəncərəsində Galatasarayın rus futbolçusu Aleksey Batrakovu cəlb edə bilər

Futbol
Bu gün, 01:43

Ramos Ronaldunun Portuqaliya milli komandadan istefa etdiyi xəbərə təəccübləndi, Silva təşəkkür etdi

Futbol
Bu gün, 01:24

Ruben Amorim Milanın Avropa Liqa məğlubiyyətindən sonra oyunçularını sərt tənqid etdi

Futbol
Bu gün, 01:05

Divock Origi Harvard Biznes Məktəbində təhsil alır

Futbol
Bu gün, 00:45

Murad Musayev “Sabah”ın baş məşqçisi vəzifəsinə qayıda bilər

Futbol
Bu gün, 00:29

“Qəbələ” 2026/2027 mövsümünün yeni üçüncü forması təqdim edildi

Digər
Bu gün, 00:19

Bakıda yanğınsöndürmə və xilasetmə dünya çempionatının qalibləri müəyyənləşdi

Futbol
Bu gün, 00:04

Pol Skoulz "Mançester Yunayted" üçün Gabriel Maqalyans, Deklan Ray, Maykl Olise, Kilian Mbappe və Cud Bellinqemı transfer etməyi məsləhət görüb

Gimnastika
Bu gün, 00:00

Azərbaycan gimnastları Nankindəki Dünya çempionatında növbəti mərhələyə vəsiqə qazandılar

Futbol
Dünən, 23:54

Baş məşqçi Jorje Jezus Ronaldodun milli komanda da qalmasını xahiş etdi

Futbol
Dünən, 23:43

Zidan, Fransa millisində iki yeni futbolçu çağırmağa hazırdır

Futbol
Dünən, 23:29

Real Madriddə Vinisius Juniorun forma problemi davam edir

Cüdo
Dünən, 23:24

Abşeron Olimpiya İdman Kompleksində 302 cüdoçu gücünü sınağa çəkdi

Futbol
Dünən, 23:01

Devid Moyes: Cek Qriliş Koventri ilə matca hazır deyil

Futbol
Dünən, 22:55

Traktor, Fənərbaxçadan ayrılan baş məşqçi İsmail Kartal ilə danışıqlara başladı

Futbol
Dünən, 22:47

Moldova futbolçusu Vadim Kriçmar 38 yaşında ölmüş

Futbol
Dünən, 22:47

Bavariya, 18 yaşlı Oskar Pietüşevskini transfer hədəflərinə daxil etdi

Futbol
Dünən, 22:32

Mançester Yunayted rəhbərliyi Karrikin istefası məsələsində qərar aldı

Digər
Dünən, 22:25

Gədəbəydə Zəfər Gününə həsr olunan veloyürüş təşkil edildi

Oxşar xəbərlər