top
Arif Əsədov: Qarabağ təcrübə və keyfiyyətdə Şkendiyadan üstündür Idman.biz
05 avqust 2025, 13:13
- ↺ +

Arif Əsədov: "Qarabağ" təcrübə və keyfiyyətdə "Şkendiya"dan üstündür

"Qarabağ"ın "Şkendiya" qarşısında şanslarını yüksək qiymətləndirirəm".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə bu gün keçirəcəyi ilk oyun barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, Ağdam təmsilçisi təcrübə, maliyyə və futbolçuların keyfiyyəti baxımından rəqibdən üstündür: "Sözsüz ki, Çempionlar Liqasında iştirak edən heç bir komanda zəif olmur. "Şkendiya" "Qarabağ"a meydan oxuyan Rumıniyanın FKSB klubuna qalib gəldi. Bu məqamı unutmamaq lazımdır. Görünən odur ki, möhkəm kollektivdir. Ona görə də bu rəqibə ciddi yanaşmaq lazımdır. Ancaq ümumi götürdükdə "Qarabağ" "Şkendiya"ya nisbətən daha komplektləşmiş və sabit komandadır. Ağdam klubu uzun illərdir avrokuboklarda iştirak edir, müxtəlif səviyyəli rəqiblərlə qarşılaşıb və ciddi təcrübə toplayıb. Bu amil hazırkı mərhələdə çox vacib rol oynaya bilər. Lakin təmsilçimiz üçün heç də asan olmayacaq. Çünki "Qarabağ" hələ ideal formasında deyil və bu da müəyyən çətinliklər yarada bilər. Amma bilirik ki, Qurban Qurbanovun komandası turnir ərzində oyundan-oyuna inkişaf edərək tempini artırır".

O, "Qarabağ"ın növbəti mərhələdə qarşılaşacağı potensial rəqiblər barədə də fikirlərini bölüşüb: "Bu mərhələni keçsələr, pley-offda "Ludoqorets" (Bolqarıstan) – "Ferensvaroş" (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcəklər. Öncədən nəsə demək çətindir. İlk növbədə Şimali Makedoniya klubunu üstələmək lazımdır. "Qarabağ" bu cür təzyiqlərə və rəqabətə öyrəşib. Artıq neçə illərdir avrokubokların qrupunda çıxış edirlər. Ona görə də rəqibin kimliyinin önəmi yoxdur. Azərbaycan çempionu avrokuboklarda potensial rəqiblərindən daha çox oyun keçirib və daha yaxşı nəticələrə imza atıb".

Əsədovun sözlərinə görə, heyətə yeni qoşulan futbolçuların tez bir zamanda komandaya uyğunlaşması oyun keyfiyyətinə müsbət təsir göstərəcək: "Yeni transferlər komandanın gücünə güc qatmalıdırlar. Onların mümkün qədər tez uyğunlaşması çox önəmlidir. Çünki qarşıda daha çətin və məsuliyyətli matçlar var. Ümid edirik ki, təmsilçimiz öz oyununu daha da yaxşılaşdıracaq".

Qeyd edək ki, Skopyedə yerləşən "Todor Proeski" stadionunda keçiriləcək "Şkendiya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:40

Lionel Skaloni 2030-cu ilə qədər postunda qalacaq

Digər
Bu gün, 12:27

Batut gimnastikası və tamblinq üzrə ölkə birinciliyi keçirilib

Futbol
Bu gün, 12:00

Tovuzda "Turan" adının qaytarılması gözləniləndəyken Fənərbaxça ilə yoxlama oyununa böyük vəsait ayrılması

Futbol
Bu gün, 11:57

Pike “El-Klasiko” öncəsi 4:1 nəticə proqnozunu verdi

Futbol
Bu gün, 11:45

Marko Asensio: Zədəm üçün əməliyyat etdim, sağlamlığımı riskə atdım

Digər
Bu gün, 11:40

PSJ uzun müddətə sırandan çıxan Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək

Digər
Bu gün, 11:36

“Sumqayıt” “Zirə” ilə oyuna üç itki ilə çıxacaq - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol
Bu gün, 11:20

I Liqada 6-cı turun yekunu

Qarabağ FK
Bu gün, 11:00

Rus idman jurnalisti “Sabah”ı tərifləyib, “Qarabağ”ı da yadına saldı

Futbol
Bu gün, 10:56

Sabah U-19 məşqçisi Adino Mustedanaqiç: Borussia Dortmund qarşısında oyunundan məmnun

Qarabağ FK
Bu gün, 10:43

Sabahın futbolçusu Eyden Makkarti və Qarabağın keçmiş legioneri Dino Ndlovu eyni tarixi siyahıda

Digər
Bu gün, 10:40

Kral ailəsi Lionel Messini şam yeməyinə dəvət edib

Digər
Bu gün, 10:14

Faiq Hacıyev: “Turan Tovuz”dakı gələcəyimi düşünmədiyimi desəm, yalan olar” - MÜSAHİBƏ

Futbol
Bu gün, 10:00

Verdaska Kəpəzə Qayıdır – Futbolçunun Mesajı, Klub Susur

Futbol
Bu gün, 09:59

Almançı Lothar Matteus Bakı Olimpiya Stadionunu müdafiə etdi

Digər
Bu gün, 09:45

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Digər
Bu gün, 09:42

Azərbaycan basketbolunda 10 milyon avroluq büdcə – Yunanıstanlı məşqçi “Sabah”dan danışdı

Digər
Bu gün, 09:40

Manuel Noyer ÇL-də oyun sayına görə Messi və Müllerlə çatdı

Digər
Bu gün, 09:38

Vinisius böhranı fonunda şans: Arda Güler “Real”da necə liderlərdən biri oldu

Futbol
Bu gün, 09:20

Fənərbaxça ÇL-də 10 oyunlu qələbəsiz seriya ilə rekord qırdı

Futbol
Bu gün, 09:17

PSJ, Kvaratskhelianın zədəsindən sonra uzunmüddətli müqavilə uzadılmasını planlayır

Futbol
Bu gün, 09:00

Qəbələ və Neftçi'nin sabiq baş məşqçisi Roman Qriqorcuuk Ukraynada 200-ci oyunu oynayan 14-cü məşqçi oldu

Futbol
Bu gün, 08:51

Arsenal Çempionlar Liqasında 15 oyunlu məğlubiyyətsizlik seriyasını qoruyur

Digər
Bu gün, 08:40

"Sabah"ın rəqibi qışda hücumçusunu satmaq istəyir

Oxşar xəbərlər