top
Arif Əsədov: Qarabağ Çempionlar Liqasında ev oyunlarında xal qazana bilər Idman.biz
29 avqust 2025, 16:02
- ↺ +

Arif Əsədov: "Qarabağ" Çempionlar Liqasında ev oyunlarında xal qazana bilər

"Qarabağ" 8 qarşılaşmada 3–4 xal toplaya bilsə, bu nəticəni qənaətbəxş hesab edə bilərik".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində qarşılaşacağı rəqiblər barədə danışarkən deyib.

O bildirib ki, "Çelsi", "Liverpul" və "Napoli" kimi nüfuzlu klublarla üz-üzə gəlmək Ağdam təmsilçisinin böyüməsinə kömək edəcək: "Bu, elə özü böyük uğurdur. "Qarabağ" hədəfinə çataraq əsas mərhələyə vəsiqə qazanıb. Tarixi nəticədir. Çempionlar Liqasında zəif rəqib olmur. Bütün komandalar öz ölkələrinin ən güclüləridir və səviyyə fərqi göz önündədir. Bu səbəbdən "Qarabağ" oyunlara artıq təzyiqsiz çıxacaq, çünki psixoloji gərginlik geridə qalıb və komanda nəhayət daha sərbəst oynaya biləcək".

Mütəxəssisin sözlərinə görə, Qurban Qurbanovun yetirmələrinin ev oyunlarında xal qazanmaq şansı daha çoxdur: "Çelsi", "Ayaks", "Ayntraxt" və "Kopenhagen"lə qarşılaşmalarda "Qarabağ"ın nəticə əldəetmə ehtimalı yüksəkdir. Komanda əvvəllər də bu rəqiblərlə qarşılaşıb. Hətta Danimarka təmsilçisindən üstün olub. Yəni, bu komandaların hər birindən xal almaq mümkündür".

Əsədov səfər oyunlarının daha çətin keçəcəyini deyib: "Liverpul"un meydanında xal qazanmaq real görünmür. Hətta demək olar ki, mümkünsüzdür. "Benfika" da evdə çox güclüdür, bunu "Fənərbağça" ilə görüşdə bir daha sübut edib. Lakin "Atletik" ilə oyun üçün müəyyən ümidlər var. "Qarabağ" vaxtilə Madriddə "Atletiko"dan xal almışdı, bu da əlavə inam yaradır. "Napoli" isə güclü rəqibdir və orada iş çətin olacaq".

O qeyd edib ki, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi özü-özlüyündə böyük uğurdur: "Komanda bu nəticə ilə Azərbaycan xalqını, futbol ictimaiyyətini və bütün "Qarabağ" camiəsini çox sevindirdi. Baş məşqçi Qurban Qurbanov və texniki heyət də xüsusi təbrikə layiqdirlər. Bu bayramı bizə bəxş etdikləri üçün onlara təşəkkür edirik".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas raundunda ilk turun görüşləri sentyabrın 16-18-də təşkil olunacaq. Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. Final qarşılaşması isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Oxşar xəbərlər