top
Arif Əsədov Premyer Liqada çempionluq mübarizəsi aparacaq komandaları açıqlayıb Idman.biz
18 avqust 2025, 15:07
- ↺ +

Arif Əsədov Premyer Liqada çempionluq mübarizəsi aparacaq komandaları açıqlayıb

UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Misli Premyer Liqasında yeni mövsümün startı ilə bağlı fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin sabiq məşqçisi AZƏRTAC-a açıqlamasında komandaların yeni "futbol ili"nə hələlik tam adaptasiya olmadığını bildirib.

İlk turda dörd oyun keçirildiyini deyən mütəxəssis vurğulayıb ki, nəticə və oyun baxımından xüsusi nəsə görə bilmədik: "Bu da məlum məsələdir. Çünki ilk turlarda komandalar eyni səviyyədə mübarizə aparır. Qarşıdakı matçlarda fərqləri qabarıq şəkildə görəcəyik".

O, çempionluq uğrunda 4 komandanın mübarizə aparacağını söyləyib: "Bunlar "Qarabağ", "Neftçi", "Sabah" və "Zirə"dir. "Araz-Naxçıvan" ilə "Turan Tovuz" Konfrans Liqasına vəsiqəyə əsas namizəddirlər. Düşünürəm ki, "Şamaxı" və "Sumqayıt"ı da bu siyahıya əlavə etmək olar. Onların mövsüm ərzində liderlərə çətinlik yaşadacaqlarını fikirləşirəm. "Karvan-Yevlax", "İmişli", "Kəpəz" və "Qəbələ" isə Premyer Liqada qalmaq üçün mübarizə aparacaqlar. Əvvəl dediyim ki, 3-4 tur keçdikdən sonra bütün klublar barədə daha geniş danışmaq mümkün olacaq".

Qeyd edək ki, I turun baş tutan 4 matçında "Turan-Tovuz" "İmişli"ni (1:0), "Sumqayıt" "Kəpəz"i (3:0) məğlub edib. "Karvan-Yevlax" - "Qəbələ" və "Neftçi" - "Şamaxı" görüşlərində 1:1 hesablı heç-heçə qeydə alınıb. Turun "Sabah" - "Qarabağ" matçı təxirə salınıb. "Zirə" – "Araz-Naxçıvan" oyunu isə avqustun 19-da keçiriləcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Oxşar xəbərlər