top
Arif Əsədov Misli Premyer Liqasının X turunu şərh edib Idman.biz
04 noyabr 2025, 16:46
- ↺ +

Arif Əsədov Misli Premyer Liqasının X turunu şərh edib

"X turda oyun keyfiyyəti və mübarizə səviyyəsi yüksək idi".

Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Misli Premyer Liqasında X turun görüşlərini şərh edərkən deyib.

O, "İmişli"yə iki cavabsız qolla qalib gələn "Qarabağ"ın oyunun favoriti olduğunu deyib: "Buna baxmayaraq, Qurban Qurbanovun komandası üçün qələbə heç də asan başa gəlmədi. Çətinliklər oldu. "İmişli"nin döyüşkənliyi, göstərdiyi sistemli oyun nəzərdən yayınmadı. Xüsusilə də müdafiədə yaxşı təsir bağışladılar. Lakin meydan sahibləri ustalıq hesabına qalib gəldilər".

Mütəxəssis "Karvan Yevlax"ın "Zirə" ilə qarşılaşmada (2:3) qalib gəlmək üçün var gücü ilə mübarizə apardığını bildirib: "İnam və istəklə meydana çıxdılar, nəticədə gözəl oyun göstərdilər. Bakı klubu heç də asan yolla qələbə qazanmadı. Sonda qısa müddətdə qollar vurmaqla lazım olan 3 xalı qazana bildi".

A.Əsədov "Kəpəz"i 5:1 hesabı ilə üstələyən "Neftçi"nin layiqli qələbə əldə etdiyini söyləyib: "Bütün komponentlərdə rəqibdən üstün idi. Görünür ki, Gəncə klubu yaxşı günlərdən keçmir. "Neftçi"də isə son zamanlar irəliləyiş hiss olunur. Sanki komandada ruh yüksəkliyi var. Vensan Abubakar kimi ulduz futbolçunun gəlişi bu məqamda böyük rol oynadı. Kollektivdə atmosfer yaxşıya doğru dəyişib. Hücum futbolu nümayiş etdirirlər və nəticədə qollar ard-arda gəlir. Təbii ki, tam formada olduqlarını demək çətindir. Amma istədikləri oyunu göstərdikcə nəticələr də gələcək. Klubun əsas gücünü "Qarabağ"la keçiriləcək derbi görüşündə görəcəyik".

Veteran futbolçu "Turan Tovuz" – "Şamaxı" görüşündə (2:1) hər iki tərəfin istəklə oynadığını qeyd edib: "Tovuz təmsilçisi uzun müddətdən sonra rəqibi öz meydanında qəbul etdi. Meydançanın da hələ tam hazır olmadığı gözə çarpırdı. Son dövrlərdə bu komandalar arasında prinsipiallıq yaranıb. Matçın gedişatında da bunun şahidi olduq. Qonaqlar ilk dəqiqələrdə üstünlüyü ələ keçirsələr də, sonda ev sahibləri iki qol vuraraq vacib 3 xalı qazandı və turnir cədvəlində liderliyini qorudu".

Azərbaycan millisinin sabiq baş məşqçisi "Sumqayıt" – "Araz-Naxçıvan" (3:2) matçının dinamik keçdiyini vurğulayıb: "Bol qollu, maraqlı qarşılaşma alındı. Nəticənin gözlənilməz olduğunu deyə bilərik. Naxçıvan klubu usta oyunçulardan ibarət güclü heyətə malikdir. Amma bu qarşılaşmada "kimyaçılar" istək hesabına qalib gəldilər. Elmar Baxşiyevin komandası isə son iki görüşdə vacib xallar itirdi və turnir cədvəlində liderlərdən uzaqlaşdı. Amma komandanın növbəti matçlarda xal itkisini balanslaşdırıb, yenidən ilk "üçlük"də yer almağa potensialı var".

Keçmiş hücumçunun sözlərinə görə, "Qəbələ"ni minimal hesabla məğlub edən "Sabah" üçün bu qalibiyyət liderlərlə arasındakı xal fərqini azaltmaq baxımından önəmli olub: "Sabah" heyət baxımından rəqibindən üstündür. "Qəbələ" isə həmişə ilk hissədə yaxşı performans nümayiş etdirir. Amma ikinci yarıda ehtiyat qüvvəsinin olmaması öz sözünü deyir. Bununla da komanda Premyer Liqada öz durumunu daha da çətinləşdirdi".

Qeyd edək ki, Misli Premyer Liqasının turnir cədvəlinə 21 xalla "Turan Tovuz" başçılıq edir. "Qarabağ" 20 xalla ikinci, "Zirə" 19 xalla üçüncü pillədə qərarlaşıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Oxşar xəbərlər