top
Arif Əsədov Misli Premyer Liqasının III turu və komandaların oyunları haqqında danışıb Idman.biz
01 sentyabr 2025, 13:32
- ↺ +

Arif Əsədov Misli Premyer Liqasının III turu və komandaların oyunları haqqında danışıb

"Artıq üçüncü tur başa çatdı və demək olar ki, bu turda bir çox gözlənilməz nəticə qeydə alındı. Sürpriz nəticələr oldu. Mən əvvəlcədən də demişdim ki, ilk 4-5 turda belə qeyri-sabitlik müşahidə olunacaq. Ona görə də bu hal heç də təəccüblü deyil. Adətən çempionatın əvvəlində belə nəticələrin olması tamamilə real görünür".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Misli Premyer Liqasının III turu barədə danışarkən deyib.

Mütəxəssis "Neftçi"nin stabil oyun üslubu olmadığını bildirib: "Samir Abasovun kollektivi "Turan Tovuz"a da məğlub oldu. Komandalar "Neftçi"yə qarşı əsasən arxa xətdən oynayır və bu səbəbdən "ağ-qaralar" rəqiblərin müdafiəsini yarmaqda çətinlik çəkir. Milli komandaların oyunları ilə bağlı yaranan fasilə "Neftçi"nin xeyrinə işləyə bilər. "Turan Tovuz" isə hər zaman olduğu kimi liderlərə qarşı yaxşı oyun sərgiləyir. Bəzən səfərdə gözlənilmədən xallar itirsələr də, bu oyunda istəkli görünürdülər və qələbəni daha çox arzuladıqları üçün qalib gəldilər".

Onun sözlərinə görə, turun sensasiyası "İmişli"nin "Sabah"ı məğlub etməsi olub: "Gözlənilməz nəticə məhz bu qarşılaşmada alındı. Düşünürəm ki, Premyer Liqaya yeni gələn komandalar daha istəkli, əzmkar oyun nümayiş etdirirlər və "İmişli" də bizləri müsbət mənada təəccübləndirir. Komandada strukturlu oyun hiss olunur. Matça baxanda da görünürdü ki, "Sabah" bu oyuna yaxşı köklənməyib. Nəticədə geri dönüş edə bilmədi. Amma dediyim kimi, çempionat hələ təzə başlayıb. Yaxın vaxtlarda hər komanda artıq öz real yerini tapacaq".

Əsədov "Sumqayıt" – "Şamaxı" oyununun maraqlı alındığını söyləyib: "Hər iki komanda bərabər səviyyədədir. "Sumqayıt" isə bu mövsüm müsbət mənada təəccübləndirir. Komandada müəyyən oyun üslubu hiss olunur, yeni transferlər özlərini yaxşı tərəfdən göstərir. Matçın ədalətli nəticəsi elə heç-heçə idi".

"Araz-Naxçıvan" – "Qəbələ" görüşü haqqında da danışan veteran futbolçu deyib: "Təbii ki, "Araz-Naxçıvan" heyət baxımından daha yaxşı futbolçulardan formalaşıb. Komanda beynəlxalq oyunlardan sonra da stabil çıxışını davam etdirir və özünəməxsus oyun üslubu görünür. Amma "Qəbələ"ni xüsusi qeyd etmək istərdim. Baş məşqçinin işini alqışlamaq lazımdır. Bəlkə də yeganə məşqçidir ki, gənc və yerli futbolçulara şans verir. Hesab edirəm ki, çempionluq uğrunda oynayan komandalar ayrı məsələ, amma orta səviyyəli klublar ən azı Azərbaycan millisini də düşünərək yerli oyunçulara şans verməlidir. Bu baxımdan "Qəbələ"nin rəhbərliyi və baş məşqçisini təqdir etmək lazımdır. Komandanın oyunu ilə bağlı onu da demək olar ki, adətən matçlara yaxşı başlayır və tez qol vurur. Amma təcrübə çatışmazlığı səbəbindən sonradan qollar buraxır. Ümumi götürsək, kollektivin çıxışında məşqçi işi hiss olunur".

Mütəxəssis "Zirə" və "Qarabağ" komandaları barədə də fikirlərini bölüşüb: "Qarabağ" artıq məlum olduğu kimi üç cəbhədə – Çempionlar Liqası, Azərbaycan çempionatı və ölkə kubokunda mübarizə aparır. Bu səbəbdən heyətdə rotasiyalar edir. "Karvan-Yevlax"la oyunda qələbəni heç də asan qazanmadılar. Amma əsas məsələ odur ki, komanda görüşdən 3 xalla ayrıldı. "Zirə" isə inamla üç turu geridə qoydu və hazırda liderdir. Üstəlik, çoxlu qollar vurur. Hiss olunur ki, komandanın hücum potensialı artıb və bu, meydanda da gözə çarpır".

Qeyd edək ki, 3 turdan sonra turnir cədvəlinə 7 xalla "Zirə" başçılıq edir. Eyni xallara malik "Sumqayıt" ilə "Araz-Naxçıvan" 2-ci və 3-cü yerləri bölüşürlər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Oxşar xəbərlər