top
Arif Əsədov: “Millinin oyununda izimin olacağını demək çətindir” İdman.biz
05 sentyabr 2024, 15:10
- ↺ +

Arif Əsədov: “Millinin oyununda izimin olacağını demək çətindir”

"Millimizə, yeni məşqçilər heyətinə uğurlar arzulayıram. Çətin qrupa düşmüşük. Hər bir rəqib ilə görüşmüşük və hər biri üzərində qələbəmiz var. Bu baxımdan bugünki matç İsveç üçün revanş xarakteri daşıya bilər. Onlar oyuna mütləq qələbə üçün çıxacaqlar".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov Millətlər Liqasının I turunda yığmamızın İsveçə qarşı oyununu şərh edərkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, yığmamıza inanır: "Millimizin uğur qazanmağını istəyirəm. Məşqçi də yenidir. Onun ilk oyunda uğur əldə etməsi futbolçularda da inam yaradar. Mən məşqçi olarkən İsveçə qalib gəlmişdik. Bu, futboldur. Bu, yenə də baş verə bilər. Millimiz bunu hiss edib qalib gəlibsə, yenə də bacarar. Rəqibin ustalıq səviyyəsi üstün ola bilər, amma burda əsas məsələ yığmamızın necə motivasiya olacağı, əzimkarlıq göstərməyi və rəqibdən daha istəkli olmasıdır".

Əsədov Fernandu Santuşun hansı oyun tərzinə üstünlük verəcəyi ilə bağlı da danışıb: "Milli komandanın içində olmadığım üçün onların hansı oyun tərzinə üstünlük verəcəyini deyə bilmərəm. Yığmaların toplanışı çox qısa müddətli olur. Hansısa oyun fəlsəfəsini yeritmək üçün hər zaman müəyyən vaxt tələb olunur. Ona görə Fernandu Santuşun komandanı hansı üslubda oynadacağını deyə bilmirəm. Millinin oyununda mənim izimin olacağını demək çətindir. Son 4 matçda çalışdım ki, yığmamız daha çox hücuma meylli oynasın. Rəqibə 1-ci zonada təzyiq etsin, geniş hücumlar qursun. Bu tərzdə oynadıq. Amma indi rəqibdən rəqibə fərq var. O baxımdan Santuş daha çox qarşı tərəfə baxıb qərar verəcək. İsveçdə də yeni məşqçi var. Ona uyğun bir oyun stilinin seçiləcəyini düşünürəm".

Qeyd edək ki, Azərbaycan-İsveç qarşılaşması bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Oxşar xəbərlər